Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:47

Azərbaycan-Rusiya sənədləri imzalanıb


Əliyev və Putin. Soçi
Əliyev və Putin. Soçi

Sentyabrın 1-də Soçidə Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə razılaşdırılmış sənədlərin imzalanması mərasimi olub.

AZƏRTAC-ın məlumatına görə, tərəflər arasında ümumilikdə 16 sənəd imzalanıb.

İki prezident “Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat”a imza atıblar.

“Rosneft”lə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında iki sənəd imzalanıb.

Həmin sənədlərdən biri “Qoşadaş” blokunun və Xəzər dənizi təkinin Azərbaycan hissəsində yerləşən Abşeron yarımadasının dayazsulu şimal hissəsinin neft, qaz potensialının birgə öyrənilməsi ilə bağlıdır. İki quruma arasında həmçinin, kontrakt da imzalanıb.

İki ölkənin müvafiq qurumları arasında turizm, idman, sənaye, daşınmaz əmlak hüquqlarının qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlıq haqqında da sazişlər imzalanıb.

Habelə, “Azərbaycanda “QAZ” kommersiya avtomobilləri milli yığma istehsalının inkişafı sahəsində əməkdaşlıq haqqında Saziş” qəbul edilib.

Bundan başqa, “Kiçik və orta sahibkarlığın inkişafı üzrə Federal Korporasiya” Səhmdar Cəmiyyəti ilə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” Publik Hüquqi Şəxs arasında qarşılıqlı anlaşma haqqında Memorandum çərçivəsində tədbirlərin reallaşdırılması üzrə Yol Xəritəsi” adlı sənəd də imzalanıb.

Həmçinin, “Rusiya Federasiyasından ixracın dəstəklənməsi sahəsində layihələrin birgə reallaşdırılması çərçivəsində strateji əməkdaşlıq haqqında Saziş” də qəbul edilib.

Eyni zamanda, - “Elektrikötürücü xətlər və boru vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında Saziş”, “Malların hava nəqliyyatı ilə daşınması sahəsində gömrük hüquqpozmaları ilə mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokol” da imzalanıb.

Tərəflər “Rəqəmsal nəqliyyat sistemləri sahəsində əməkdaşlıq haqqında da” sənəd qəbul ediblər.

Bütün bunlardan başqa, “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında 2024-cü ilədək əməkdaşlıq Proqramı” adlı sənədlər də imzalanıb.

Azərbaycan prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfəri bu gün, sentyabrın 1-də başlanıb. Sənədlərin imzalanmasından öncə prezidentlərin görüşü olub.

XS
SM
MD
LG