Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 21:46

Microsoft: Rusiyaya bağlı hakerlər Avropanın beyin mərkəzlərini hədəfləyir


Microsoft bəyan edib ki, Rusiyaya bağlı hakerlərin Avropadakı demokratik təsisatlara, analitik mərkəzlərə və qeyri-mənfəət təşkilatlarına silsilə kiberhücumlar etdiyini aşkara çıxarıb. Bu xəbər belə bir narahatlıq yaradır ki, may ayında keçiriləcək Avropa İttifaqı seçkilərinə də müdaxilə edilə bilər.

Sentyabr-dekabr aylarına təsadüf edən hücumlar Almaniya Xarici Siyasət Şurasının əməkdaşlarını və Aspen İnstitutunun, habelə Almaniya Marshall Fondunun ofislərini hədəfləyib.

Microsoft bildirir ki, Belçika, Fransa, Almaniya, Polşa, Rumıniya və Serbiyada 100-dək işçinin hesabları hədəflənib.

Bu hücumlar Microsoft şirkətinin Təhlükə Kəşfiyyatı Mərkəzi və Rəqəmsal Cinayətlər Şöbəsi tərəfindən aşkar olunub.

Həmlələrin çoxunun dünyanın ən köhnə kiberkəşfiyyat qruplarından olan Strontium-dan qaynaqlandığı bildirilir. Bu qrup əvvəllər Rusiya hökuməti ilə əlaqələnidirilib.

Bir çox təhlükəsizlik firmaları və hökumət rəsmiləri Strontium qrupunu həm də APT 28, Fancy Bear, Sofancy və Pawn Storm kimi adlandırırlar.

CrowdStrike kibertəhlükəsizlik firması sözü gedən qrupun Rusiyanın hərbi kəşfiyyatı – GRU kimi tanınan Rusiya Baş Kəşfiyyat İdarəsi ilə əlaqəli ola biləcəyini söyləyir.

Microsoft şirkətinin AccountGuard kibertəhlükəsizlik firmasının axtarış çevrəsi Avropada Almaniya, Fransa və İspaniya da daxil 12 yeni bazarı əhatə etmək üçün genişləndiriləcək.

AccountGuard xidmətindən habelə İsveç, Danimarka, Hollandiya, Finlandiya, Estoniya, Latviya, Litva, Portuqaliya və Slovakiyada istifadə etmək mümkün olacaq.

Bu xəbərlər Avropa İttifaqı rəsmilərinin may ayında keçiriləcək seçkilərə gözlənilən müdaxilə cəhdlərindən narahat olduqları bir vaxtda yayılıb. Bu seçkilərdə ifrat sağçı partiyaların uğur qazanacağı gözlənilir.

XS
SM
MD
LG