Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 01:22

Rusiya Avanqard raketlərini istifadəyə verdiyini bildirir


Prezident Vladimir Putin (solda) və müdafiə naziri Sergei Shoigu

Rusiya Müdafiə Nazirliyi bildirir ki, prezident Vladimir Putinə yeni səsdən iti qitələrarası Avanqard raket sisteminin xidmətə verildiyi bardə məliumat verilib.

Bu raket sistemi Qərbdə ziddiyyətli layihə hesab olunur və Rusiyanın yüksək texnologiyalı silahlar sahəsində cəhdlər göstərdiyini nümayiş etdirir.

Təhlilçilər belə bir məqama diqqət çəkirlər ki, bu raket sisteminin isitfadəyə verilməsi Moskva və Qərb arasında münasibətlərin son dərəcə gərgin olduğu vaxta təsadüf edir.

Müdafiə naziri Sergei Shoigu dekabrın 27-də Putinə məlumat verib ki, Avanqard raket sisteminin ilk dəsti artıq yerləşdirlib.

O habelə Rusiyanın Strateji Raket Qüvvələrini “bu əlamətdar hadisə” münasibətilə təbrik edib.

Siyasi şərhçilər bildirirlər ki, Avanqard Strateji Silahların İxtisraına dair yeni sazişin (yeni START) uzadılması ilə bağlı vəziyyəti daha da mürəkkəbləşdirə bilər.

Keçmiş SSRİ və ABŞ arasında imzalanmış bu müqavilənin müddəti 2021-ci ilin fevralında başa çatır.

Vaşinqton hazırda Çinin də müqaviləyə daxil olması üçün təzyiqlərini artırır.

Hazırda yeni START müqaviləsi Rusiya və ABŞ arasında qüvvədə olan son silahlara nəzarət razılaşmasıdır.

Avanqard raket sistemi 2018-ci ilin iyulunda sınaqdan çıxarılıb
Avanqard raket sistemi 2018-ci ilin iyulunda sınaqdan çıxarılıb

Bundan əvvəl Vaşinqton Ortamənzilli Raketlərə dair Müqavilədən (INF) çıxıb. Vaşinqton Rusiyanı yeni raketin istehsalına başlamaqla bu razılaşmanın şərtlərini pozmaqda ittiham edir.

ABŞ prezidenti Donald Trump-ın adminsitrasiyası yeni START müqaviləsinin 2021-ci ildən o yana uzadılması ilə bağlı narahatlığını ifadə edib.

Avanqard Rusiya prezidenti Vladimir Putinin 2018-ci ilin martında Rusiya ictimaiyyətinə Vaşinqtonun raketdən müadafiə qabiliyyətini artırmasına Moskvanın cavabı kimi təqdim etdiyi bir neçə silahdan biri idi.

Putin o vaxt demişdi ki, “potensial düşmənin bu raketləri radarda tutmaq” qabiliyyəti yoxdur. O bu raketlərin yaradılmasını 1950-ci illərdə sovetlərin peyk texnologiyaları sahəsində sıçrayışlı inkişafı ilə müqayisə etmişdi.

Interfax agentliyi Rusiya Strateji Raket Qoşunlarının komandanı Sergei Karakayevə isitnadən bildirib ki, Avanqardla silahlanmış ilk birləşmə Orenburq regionunda yerləşdirilib.

XS
SM
MD
LG