Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:35

Amerikalıya Rusiyada 11 illik həbs cəzası kəsilib


Alexander Fishenko
Alexander Fishenko

Amerika şirkəti Moskvaya hərbi və kəşfiyyat üçün yüksək texnologiyalar ixrac edirmiş

ABŞ-da Hyuston şəhərinin sakini, elektronika malları ixrac edən şirkətin keçmiş əməkdaşı 11 ilini dəmir barmaqlıqlar arxasında keçiricək. O, Rusiyaya 50 milyon dollarlıq mikroelementin qanunsuz ixracında günahlandırılır.

Prokurorluq 62 yaşlı Alexander Posobilov barədə hökmü fevralın 28-də Nyu Yorkda federal məhkəmənin verdiyini bildirib. Alexander Posobilov qərardan apellyasiya şikayəti verəcəyini bildirib.

Onlar Rusiyaya mikroelementlər satıblar

2015-ci ilin oktyabrında həbs edilən Alexander Posobilov mikroçipləri və digər yüksək texnoloji məhsulları Rusiyaya ixrac etməkdə suçlu bilinib. Bu mallarınarasında Rusiyanın hərbi və kəşfiyyat orqanlarında istifadə ediləcək müxtəlif təyinatlı mikroelementlər də olub.

Alexander Posobilov Rusiyadan ABŞ-a 2001-ci ildə köçüb və 7 il sonra bu ölkənin vətəndaşlığını alıb. Məhkəmə sənədlərinə görə, o, “Arc Electronics Inc”də satış şöbəsinin müdiri çalışıb.

Rusiyada ABŞ səfirliyi, Moskva, 30 dekabr 2016
Rusiyada ABŞ səfirliyi, Moskva, 30 dekabr 2016

İstintaqçılar deyirlər ki, Alexander Posobilov özünü hər zaman pərdə arxasında qalan “Arc Electronics Inc”in təsisçici Alexander Fishenko-nun sağ əli kimi aparıb. Alexander Fishenko ötən ilin iyununda 10 il müddətinə azadlıqdan məhrum edilib. O, Rusiya hökumətinə casusluq etməkdə və ixrac qanunlarını pozmaqda ittiham olunub.

İstintaqın qənaətinə görə, Alexander Fishenko, Alexander Posobilov və digərləri, vaxtaşırı olaraq, Rusiya hərbi sistemində və digər özəl qurumlarda istifadə edilən mikroelementlər satıblar.

“Satış menecerlərini aldadıblar”

Alexander Fishenko və Alexander Posobilov rusca danışa bilən satış menecerlərini işə götürüb onlara təlim keçiblər. Onlar satıcılara “Arc Electronics Inc”in niyə bu texnologiyaları araşdırması və alması ilə bağlı yalan məlumat veriblər və şirkətin ixrac göstəricilərini də saxtalaşdırıblar, - istintaq materiallarında belə yazılır.

O da qeyd edilir ki, şirkətin 10 iri müştərisindən 7-si Rusiya Müdafiə Nazirliyinin xüsusi yönəltdiyi adamlar olub.

İstintaq materiallarında göstərilir ki, “Arc Electronics Inc”in Rusiyadakı müştəriləri Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB), havadan müdafiə sistemləri, elektron müharibə sistemləri istehsalı üçün texnoloji tədqiqat aparan şəxslərmiş.

Alexander Fishenko və Alexander Posobilov 2012-ci ildə bu olaya görə həbs edilən 11 adamın arasındadır.

“Arc Electronics Inc”in iki əməkdaşı Alexander Posobilov-la birgə mühakimə olunub. Alexander Fishenko və digər dörd nəfər istintaqın ittihamı ilə razılaşaraq günahlarını etiraf ediblər. Üç nəfərsə azadlıqdadır, - prokurorluq belə açıqlayıb.

“O, casus deyil”

Alexander Fishenko-nun vəkilləri deyiblər ki, ABŞ qanunlarına görə belə fəaliyyətin Rusiya hökumətinə casusluq kimi yozuldugunu qəbul etsələr də, “Arc Electronics Inc”in təsisçisi “agent” deyil, - bu barədə məhkəmə sənədlərində göstərilir.

Onlar bildirirlər ki, Alexander Fishenko “Arc Electronics Inc”i qanunlar əsasında ixracla məşğul olan şirkət kimi idarə etməyə çalışıb, ancaq bilmədən lisenziya tələblərini pozub.

Elektrotexnika sərgisi
Elektrotexnika sərgisi

Alexander Fishenko “Arc Electronics Inc”i Hyustonda 1998-ci ildə yaradıb. Şirkət 2002-2012-ci illərdə Rusiyaya 50 milyon dəyərində mikroelement ixrac edib. Alexander Fishenko Rusiyada yerləşən “Apex System, L.L.C” şirkətinin də icraçı direktoru olub.

51 yaşlı Alexander Fishenko-nun ikili vətəndaşlığı olub: O, ABŞ vətəndaşlığını alsa da, Rusiya vətəndaşlığını da saxlayıb.

O, Qazaxıstanda doğulub, Leninqrad (indiki Sankt Peterburq) Elektrotexnika İnstitutunu bitirib və 1994-cü ildə ABŞ-a köçüb. 2003-cü ildə ABŞ vətəndaşlığını alıb, 5 il sonra “Arc Electronics Inc” şirkətini təsis edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG