Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:55

Rusiya və ABŞ Suriyada sülhə dair razılaşma əldə etdilər


Dövlət katibi John Kerry (sağda) və Rusiya xarici işlər naziri Sergey Lavrov Cenevrədə
Dövlət katibi John Kerry (sağda) və Rusiya xarici işlər naziri Sergey Lavrov Cenevrədə

Rusiya və ABŞ Suriyada sülhə dair əldə edilmiş razılaşmanın icrasına bazar ertəsi günbatandan sonra qüvvəyə minəcək atəşkəslə başlanacağını bəyan ediblər.

Plana əsasən Suriya hökumət qoşunalrı spesifik nöqtələrdə müxalifətə qarşı hərbi əməliyyatları dayadırmalıdır.

Razılaşma Suriyada İslam Dövləti qrupuna və əl-Nüsra Cəbhəsinə qarşı müştıərək ABŞ-Rusiya mərkəzinin yaradılmasını nəzərdə tutur.

Razılaşma ABŞ dövlət katibi John Kerry və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında uzun danışıqların ardınca qəbul edilib.

Cenevrədə keçirilən mətbuat konfransında Kerry deyib ki, plan hər iki tərəfin “öz öhdəliklərinə əməl etməsindən” asılı olacaq.

Dövlət katibi bunu da əlavə edib ki, Suriya rejimi “ciddi olduğunu” nümayiş etdirərsə, müxalifət plana əməl edəcəyini deyib.

Hərbi əməliyyatların kəsilməsindən 7 gün sonra Rusiya və ABŞ “vahid icra mərkəzi” yaradacaqlar.

Cənab Lavrov deyib ki, bu mərkəz Vaşinqton və Moskvaya “terrorçularla müxalifəti bir-birindən ayırmaq imkanı verəcək”.

Plana görə bölgədə yalnız ABŞ və Rusiya təyyarələri hərəkətdə olacaq.

John Kerry deyib ki, razılaşma perspektivlidir, beləki gələcəkdə siyasi keçidin təşkilinə yol aça bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG