Keçid linkləri

2024, 29 Aprel, Bazar ertəsi, Bakı vaxtı 19:05

Almaniya və Rusiya arasında uçuşların bərpa olunduğu xəbər verilib


Almaniyanın aviasiya bayraqdarı Lufthansa hava şirkətinin Rusiyaya uçuşları bərpa olunur.

Şirkətin iyunun 2-də verdiyi bəyanatda deyilir ki, Rusiya hakimiyyət orqanları iyun ayında Rusiyaya sərnişin reysləri üçün icazə verib.

Reuters agentliyi bildirib ki, Lufthansa şirkətinin iyunun 1-də Moskvaya və Sankt Peterburq şəhərlərinə bundan əvvəlki reysləri icazənin gecikdiyinə görə ləğv olunmuşdu.

Bu mübahisədən əvvəl Avropa İttifaqı Rusiyaya uçuşlar həyata keçirən bütün Avropa şirkətlərini Belarusun hava məkanına daxil olmamağa çağırmışdı.

Bu çağırış mayın 23-də Ryanair şirkəti sərnişin təyyarəsinin məcburi qaydada Minskə endirilməsinə və burada sərnişinlərin arasında olan anti-Lukaşenka blogerin həbs olunmasına etiraz əlaməti olaraq edilmişdi.

Bunun ardınca Moskva bir neçə Avropa aviaşirkətinin Belarus səmasından yan keçən reyslərinin uçuş planını təsdiq etməkdən boyun qaçırırdı.

Almaniyanın Nəqliyyat Nazirliyi iyunun 2-də bildirmişdi ki, Rusiyanın aviasiya hakimiyyəti orqanı olan FATA Lufthansa şirkəti təyyarələrinin iyun ayı üçün uçuşlarının qrafikinin təsdiqlənməsini gecikdirib.

Bu üzdən Lufthansa-nın iyunun 2-də Moskva və Sankt Peterbuqrqa uçuşları ləğv olunmuşdu.

Belarus səmasından yan keçiləcək

Almaniya nazirliyi bildirmişdi ki, Almaniyanın mülki aviasiya idarəsi də buna cavab olaraq Rusiya aviaşirkətlərinin Almaniyaya uçuşlarına lisenziya verməyib.

Nazirlik bildirmişdi ki, Rusiya hava şirkətlərinin uçuşları Lufthansa şirkətinin uçuşları bərpa olunanda bərpa olunacaq.

Lufthansa şirkətinin bəyanatında Belarus səmasından yan keçilməsi məsələsinə toxunulmurdu.

Berlindən bunu da bildirirlər ki, Rusiya ötən ilin martında pandemiya ilə bağlı ikiitərəfli hava rabitəsini birtərəfli qaydada dayandırmışdı.

O vaxtdan bəri aviaşirkətlərə uçuş icazələri aybaay verilir.

Avropa İttifaqının çağırışından sonra və mayın 25-dən bəri bir sıra dünya aviaşirkətlərinin təyyarələri Belarusun hava məkanından yan keçməyə başlayıblar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG