Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

Rusiya Almaniyanın iki diplomatını ölkədən çıxarır


Bəyanatda almaniyalı diplomatların ölkədən nə vaxt çıxmalı olduqları göstərilmir

Rusiya bildirir ki, Moskvadakı iki Almaniya diplomatı Almaniyanın Rusiyanın iki diplomatını persona non grata elan etməsi ilə bağlı ölkədən çıxarılır.

Almaniya Rusiya diplomatlarını Berlin məhkəməsi bir rusiyalını çeçen mühacirin qətlinə görə məhkum etdikdən sonraölkədən çıxarmışdı.

Məhkəmənin qərarında deyilir ki, sözü gedən çeçen 2019-cu ildə Kremlin əmri ilə öldürülüb.

Rusiya Xarici İşlər Nazirliyinin 20 dekabr tarixli bəyanatında deyilir:

"Almaniya səfiri Rusiyadakı Almaniya səfirliyinin iki diplomatik əməkdaşının persona non grata elan edilməsi barədə məlumatlandırılıb. Bu addım Almaniya Federativ Respublikasının qeyri-dost qərarı ilə bağlı simmetrik tədbir kimi atılıb”.

Bəyanatda almaniyalı diplomatların ölkədən nə vaxt çıxmalı olduqları göstərilmir.

Berlinin Ali Regional Məhkəməsinin 15 dekabr tarixli qərarında deyilir ki, sübutlar Tornike Kavtaraşvilinin Berlin parkında qətlə yetirilməsində Moskvanın rolu olduğunu göstərib.

Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib ki, sözü gedən qətl Almaniya qanunlarının və Almaniya Federativ Respublikasdı suverenliyinin ciddi şəkildə pozulması olub.

Almaniya XİN habelə Rusiyanın cavab addımının gözlənilən olduğunu və ikitərəfli münasibətləri daha da gərginləşdirəcəyini bildirib.

XS
SM
MD
LG