Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:39

Rusiya ABŞ-ın Əfqanıstan üzrə Moskva danışıqlarına gəlməməsini tənqid edir


Moskva danışıqlarında Talibanın da iştirak edəcəyi bildirlir
Moskva danışıqlarında Talibanın da iştirak edəcəyi bildirlir

Moskvadan alınan xəbərlərə görə Rusiya Xarici İşlər Nazirliyi Vaşinqtonun Rusiya paytaxtında keçirilən Əfqanıstan sülh danışıqlarına qatılmamasını tənqid edib. Bundan əvvəl Interfax agentliyi ABŞ Dövlət Departamenti sözçüsünə istinadən Vaşinqtonun bu prosesdə iştirak etməyəcəyini xəbər vermişdi.

Rusiya nazirliyinin avqustun 22-də yaydığı bəyanatda deyilir ki, Vaşinqtonun Moskva danışıqlarında iştirakdan imtina etməsi ABŞ-ın Əfqanıstan sülh prosesində maraqlı olmadığını göstərir.

Rusiya özünün Əfqanıstandakı rolununun əhəmiyyətini vurğulamaq üçün Moskva danışıqlarına ABŞ-dan başqa 11 ölkəni dəvət edib.

Rusiya XİN-in bəyanatında bildirilir ki, bu ölkələr Əfqanıstan, Pakistan, Çin, İran, Hindistan və Mərkəzi Asiyanın 5 keçmiş sovet respublikasıdır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, bu görüşə Taliban da dəvət olunub və təşkilat dəvəti qəbul edib.

Taliban komandanlığı Moskva danışıqlarına nümayədə heyəti göndərmək niyyətində olduğunu təsdiqləyib.

Rusiya belə bir iddianı da rədd edib ki, guya Moskva Talibandan İslam Dövləti ekstremist təşkilatına qarşı mübarizədə istifadə etmək istəyir.

Bu iddia Əfqanıstan səfiri Abdul Qayyum Kochai tərəfindən dilə gətirilmişdi. Rusiya bildirir ki, bu iddia “uydurmalara” əsaslanır və Rusiyanın Əfqanıstandakı siyasəti barədə yanlış təsəvvür yaratmaq məqsədi güdür.

İD-in Əfqanıstan qolunun Rusiyanı və Mərkəzi Asiya respubnblikalarını hədələdiyi söylənir. İD-in tərkibində çox sayda mərkəzi asiyalı var.

Rusiya prezidenti Vladfimir Putin 2001-ci il terror hücumlarından sonra ABŞ-ın Əfqanıstana müdaxiləsini dəstəkləmişdi.

Əfqanıstan hökuməti də iştirak etməyəcək

Az əvvəl alınan xəbərə görə rəsmi Kabul gələn ay Moskvada keçirilməsi planlaşdırılan Əfqanıstan sülh danışıqlarında iştirak etməyəcəyini bildirib.

Hökumət Talibanla birbaşa danışıqlara üstünlük verdiyini deyir.

Əfqanıstan Xarici İşlər Nazirliyinin sözçüsü Sibghatullah Ahmadi avqustun 22-də AzadlıqRadiosuna deyib ki, Moskva danışıqlarına qatılmamaq qərarı prezident Ashraf Ghani və başqa rəsmilər arasında keçirilmiş məsləhətləşməlrədən sonra qəbul olunub.

Müşahidəçilər bildiriblər ki, Kabulun bu qərarı Moskvanın bu danışıqları ümumiyyətlə ləğv etməsi ilə nəticələnə bilər.

Rusiya bildirir ki, sentyabrın 4-ə planlaşdırılan bu danışqılara Taliban və 12 ölkənin nümayəndələrini dəvət edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG