Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

Rusiyada antmüharibə ruhu yüksəlir?


Rusiyada 9 may gününə həsr olunmuş tədbirlər zamanı polis azı 125 nəfəri saxlayıb

Rusiyada 9 may gününə həsr olunmuş tədbirlər zamanı polis azı 125 nəfəri saxlayıb.

Onların 80-dən çoxu antimüharibə aksiyalarına, piketlərinə və simvollarına görə saxlanıb.

Moskvadakı Puşkin meydanında polis bir gənci saxlayaraq aparıb.

O meydanda müharibə əleyhinə söz deyənlərə konfet paylayırdı.

Onunla birlikdə SOTA saytının jurnalisti Dmitri Kovalı da saxlayıblar.

Onun əlindəki plakatda “Müharibə yox – sülh, köləlik yox – azadlııq, güc biliksizlikdə deyil” sözləri yazılmışdı.

Bundan başqa Moskva, Peterburq, Kazan, Orenburq və başqa şəhərlərdə “Ölümsüz alay” yürüşünə antimüharibə plakatları ilə qoşulan onlarca etirazçı saxlanıb.

Bu da xəbər verilir ki, təkcə Moskva metrosunda “üztanıma kameraları” ilə azı 37 nəfəri saxlayıblar.

"Mən sizin əvəzinizə utanıram"

Polis Novosibirskdə “Ölümsüz alay” yürüşünə qatılmış etirazçı Vladimir Saltevskini saxlayıb.

Saltevskinin əlindəki plakatda yazılmışdı: “Nəvələrim, mən sizin əvəzinizə xəcalət çəkirəm. Biz sülh uğrunda döyüşmüşdük, siz müharibəni seçdiniz”.

Başqa bir plakatda isə yazılmışdı: “O faşizmə qalib gəlmişik, buna da gərələrik”.

Bu yürüş zamanı əlində “Mənim babam belə gələcək üçün vuruşmamışdı” yazılı plakatı olan başqa bir etirazçı da saxlanıb.

Sankt Peterburqda “Ölümsüz alay” yürüşünə qatılmaq istəyən şəhər deputatı Sergey Samusevi saxlayıblar.

Onun əlindəki plakatda bugünlərdə Xarkovun bombardmanında həlak olmuş 96 yaşlı Boris Romanenkonun portreti vardı. Romanenko II Dünya Müharibəsinin bir neçə ölüm düşərgəsindən sağ çıxmışdı.

Rusiyada ən çox oxunan xəbər saytlarından – Lenta.ru portalında mayın 9-da Rusiyanın Ukraynaya müdaxiləsini tənqid edən bir neçə material yerləşdirilmişdi.

Məqalələrdən bəzilərinin belə başlıqları vardı: “Rusiya ordusu oğru və soyğunçuların ordusuna çevrilib” və ya “Vladimir Putin aciz diktator və paranoikə dönüb”.

İndi bu yazılardan bəzilərinin skrinşotlarını internetdən tapmaq mümkündür, lakin materiallar sonradan saytdan silinib.

Volqoqradda peyda olmuş bir qraffitidə isə çox sayda tabut əks etdirilib. Sink tabutlardan birinin üzərində Rusiyanın Ukraynaya müdaxiləsinin simvoluna çevrilmiş Z rəmzi var.

Fotonun müəllifi Philippenzo təxəllüsü ilə çıxış edən Volqoqrad küçə rəssamıdır.

O bu fotoya yazılmış şərhdə qeyd edir:

"Aydındır ki, Rusiyanı apardığı bu mənasız müharibədə heç bir qələbə gözləmir. Onun ən böyük “nailiyyətləri” təmizlənməz ləkə, təcridolunma, borc, yoxsulluq, on minlərlə şikəst edilmiş, məhv edilmiş insan olacaq. Onların cəsədlərini Vətən heç öz qucağına qaytarmaq həvəsində də deyil”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG