Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

Rusiya Ermənistandakı hərbçisinin zorakılıqdan ölmədiyini bildirir


Ermənsitanın Gümrü rayonunda Rusiyanın hərbi bazası
Ermənsitanın Gümrü rayonunda Rusiyanın hərbi bazası

Rusiya silahlı qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanlığı Ermənistadakı Rusiya hərbi bazasında xidmət edən hərbi qulluqçunun meyiti üzərində zorakılıq izləri olmasına dair xəbərləri təkzib edib.

Cənub Hərbi Dairəsinin sözçüsü sentyabrın 11-də bildirib ki, meyiti tapılmış hərbçinin bədənində zorakılıq izləri aşkar olunmayıb.

Sözçü bildirib ki, Ermənistanın Gümrü şəhərində yerləşən Rusiya hərbi bazası qulluqçusunun ölümünün səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Bundan əvvəl Ermənistan Xüsusi İstinaq Xidməti bildirmişdi ki, Rusiya ordusunun 23 yaşlı hərbi qulluqçusunun meyiti tapılıb.

Rusiyanın TASS xəbər agentliyi Ermənistanın istintaq orqanlarına istinadən bildirmişdi ki, 102 nömrəli hərbi bazada xidmət edən əsgərin meyitində kəsici alətlə yetirilmiş xəsarətlər var.

Bu da qeyd olunurdu ki, hadisə ilə bağlı cinayət işi qaldırılıb.

Hərbçinin kimliyi və başqa təfərrüatlar açıqlanmır.

AzadlıqRadiosunun Rus xidməti də yazıb ki, Rusiyanın Müdafiə Nazirliyi də hərbçinin bədənində zorakılıq izlərinin olmadığını bildirib.

Nazirliyin bəyanatında deyilir ki, müqavilə ilə xidmət edən hərbçi özünü pis hiss edib və mənzilinə təcili yardım çağırıb.

Bəyanatda deyilir ki, təcili yardım həkimləri gələndə hərbçi artıq keçinmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG