Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Rusiya özünün antidopinq laboratoriyasına giriş verir


Rusiya Antidopinq Agentliyi - RUSADA-nın binası
Rusiya Antidopinq Agentliyi - RUSADA-nın binası

Dünya Antidopinq Agentliyinə (World Anti-Doping Agency - WADA) bu həftə Moskvadakı antidopinq laboratoriyasına giriş veriləcək. Moskva bundan əvvəl belə bir icazənin verilməsindən imtina edirdi.

Rusiyanın idman naziri Pavel Kolobkov deyib ki, WADA komandası Moskvaya yanvarın 9-da qayıdacaq. Bundan əvvəl Moskvaya Rusiya Antidopinq Agentliyinin (RUSADA) laboratoriyasındakı məlumatların dekabrın 31-dək açıqlanması üçün vaxt verilmişdi.

WADA prezidenti Craig Reedie deyib ki, Moskvadakı laboratoriyaya giriş verilməsi tərəflər arasındakı “qarşıdurmaya son qoyacaq və bir çox işlər barəsində tədbir görülməsinə imkan verəcək”.

Rusiyanın sözü gedən laboratoriyaya giriş verməkdən imtina etməsinə görə ABŞ başda olmaqla 15 ölkənin milli antidopinq agentlikləri Rusiya idmançılarına bundan sonrakı olimpiadalara qadağan qoyulmasına çağırmışdı.

RUSADA bundan əvvəl 2015-ci ildə akkreditasiyadan məhrum edilmişdi. Bu ona görə baş vermişdi ki, WADA-nın sifariş etdiyi hesabatda Rusiyada dövlət tərəfindən maliyyələşdirilən dopinqləmə proqramının mövcud olduğu iddia edilirdi.

Buna baxmayaraq ötən sentyabrda, üç illik fasilədən sonra Rusiya antidopinq agentliyinin hüquqları şərti olaraq bərpa edilmişdi. Bu güzəşti beynəlxalq antidopinq hərəkatı kəskin tənqid edirdi.

Əgər RUSADA akkreditasiyasını bu dəfə də itirsə, Rusiya idmançıları növbəti olimpiadalarda iştirakdan məhrum edilə bilərlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG