Keçid linkləri

Təcili xəbərlər
2023, 25 Mart, şənbə, Bakı vaxtı 15:37

Polis rus millətçilərinə qarşı: onlarla saxlanan var


Moskvada "Rus marşı", 4 noyabr, 2017.

Rusiyanın paytaxtı Moskvada radikal millətçilərin "Rus marşı" adlanan aksiyası keçirilib.

Pererva küçəsində baş tutan aksiyada, polisin məlumatına görə, 200 nəfər iştirak edib.

Millətçilərin liderlərindən biri İvan Beletski deyib ki, aksiya meriya ilə razılaşdırılsa da, polis aksiyaçıların şüarlarını əllərindən almağa çalışıb.

Beletskinin verdiyi məlumata görə, Moskvanın cənub-şərqində - Lüblinoda 70 fəal həbs edilib. O cümlədən aksiyanın bütün təşkilatçıları.

Bundan sonra təşkilatçılar polisin hərəkətlərinə etiraz olaraq aksiyanı ləğv etmək əqrarı veriblər.

Amma daha sonra bəzi fəallar yürüşü keçirmək üçün Pererva küçəsinə toplaşıblar.

Yürüş iştirakçıları tələb ediblər ki, Rusiya Cinayət Məcəlləsindəki 282-ci maddə ləğv edilsin.

Həmin maddədə milli zəmində nifrət aşılama qadağan edilir.

Yürüşdən bir gün əvvəl polis qatı millətçi təşkilatlardan birinin - "Artpodqotovka"nın bəzi üzvlərini saxlayıb.

Yürüş iştirakçıları bunu özlərinə siyasi təzyiq sayırlar. Onların iddiasına görə, hökumət bu yolla insanların onların aksiyasəna qoşulmasını əngəlləməyə çalışır.

"Rus marşları" - noyabrın 4-də - Milli Birlik günündə keçirilir.

"Rus marşları" 10 ildən çoxdur keçirilir. Aksiyanın əsas şüarlarından biri belədir: "Rusiya - ruslar üçündür".

Həmin gün keçmiş sovet respublikalarından olan miqrantlar ehtiyatlı davranırlar.

Onlar millətçilərin toplaşdığı yerlərə getməməyə çalışırlar.

Buna da bax: Rusiya hansı azərbaycanlıları deportasiya etməyə başlayıb?

Rusiya hansı azərbaycanlıları deportasiya etməyə başlayıb?
Gözlə

No media source currently available

0:00 0:14:23 0:00

XS
SM
MD
LG