-
Azərbaycanda valideynlərin rus bölməsinə marağı əvvəlki illərə nisbətən artıb.
Bunu Təhsil Nazirliyinin məktəbəqədər və ümumtəhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib. (APA)
A.Əhmədov bildirib ki,əvvəllər şagirdlərin rus bölməsi üzrə əhatə dairəsi 6%-dən bir az yuxarı olub. İndi bu rəqəm 14-15%-ə çatıb.
Onun sözlərinə görə, məktəbi, tədris dilini seçməkdə valideynlər azaddır:
“Bu, valideynlərin hüququdur. Rus bölməsinin təşkili üçün hər bir məktəbə fərdi qaydada baxmaq lazımdır. O yerdə rus bölməsi açılır ki, orada imkan var. İmkan olmayan yerdə bölməni açmaq mümkün deyil”.
Buna da bax: Rus, yoxsa Azərbaycan bölməsi?- DEBAT
Hikmət.Hacızadə:
- Siz məni başa düşmək istəmirsiz. Söhbəti yayındırırsız.
Erkin Qədirli:
- Google translate də var.
Hikmət Hacızadə:
- Google translate-lə oxumaq olar? Eyy…