Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:15

Rumıniya Trump-ın vəkilini tənqid edən səfiri geri çağırıb


Prezident Donald Trump və onun şəxsi vəkili Rudy Giuliani (Foto arxivdəndir)
Prezident Donald Trump və onun şəxsi vəkili Rudy Giuliani (Foto arxivdəndir)

Rumıniyanın ABŞ-dakı səfiri prezident Donald Trump-ın şəxsi vəkilinin məktubunu tənqid etməklə Buxarestdəki rəislərini qəzəbləndirib.

Səfir George Maior avqustun 27-də Rudy Giuliani tərəfindən yazılmış və Rumıniya mediasında dərc edilmiş məktubu kəskin tənqid etdikdən sonra tabe olduğu Xarici İşlər Nazirliyinə izahat vermək üçün Buxarestə çağırılıb.

Prezident Klaus Iohannis və baş nazir Viorica Dancila-ya ünvanlığı məktubda Giuliani yazıb ki, o, “Rumıniyada qanunçuluq adı altında qanunun aliliyinə vurulan ziyandan narahatdır”.

O habelə onun sözləri ilə deyilsə, Rumıniya antikorrupsiya agentliyinin və Kəşfiyyat Xidmətinin “aşırı” hərəkətlərini tənqid edib.

2015-ci ildən Rumıniyanın ABŞ-dakı səfiri olan keçmiş kəşfiyyat başçısı Maior bu məktuba cavab olaraq bildirib ki, onun yazılmasını Rumıniyanın ədliyyə sistemi ilə problemi olan şəxsləri müdafiə edən lobbi təşkil edib.

Rumıniyanın Xarici İşlər Nazirliyi səfirin bu tənqidi ilə bağlı bəyanat yayıb: “Səfir George Maior-un tutduğu mövqe Rumıniya Xarici İşlər Nazirliyinin və ya hökumətin mövqeyini əks etdirmir. Onun vəzifəsi milli maraqların yürüdülməsidir. O ölkələrimiz arasındakı ikitərəfli münasibətlərə ziyan vura biləcək bəyanatlar verməkdən çəkinməlidir”.

AzadlıqRadiosu yazır ki, Giuliani-nin Rumıniyanın daxili siyasətinə birdən-birə müdaxilə etməsinin səbəbləri aydın deyil. O hazırda Trump-ın şəxsi vəkili olsa da, administrasiyada rəsmi vəzifəsi yoxdur.

Burası da var ki, Giuliani Şərqi Avropa üzrə işləyən uğurlu menecment və təhlükəsizlik konsaltinqi biznesinə malikdir. Onun şirkərinin Ukraynanın Xarkov şəhəri ilə konsaltinq müqaviləsi var.

Bu mübahisə Avropa İttifaqı ölkələrinin Rumıniyanın baş alıb gedən korrupsiya ilə mübarizədən geri çəkilməsindən getdikcə artan narahatlığı dövrünə təsadüf edir.

Ötən ay Sosial Demokrat Partiyasının təzyiqləri ilə üzləşən prezident Iohannis antikorrupsiya agentliyinin rəhbəri Laura Kovesi-ni vəzifəsindən azad edib.

Ötən fevralda Kovesi-nin vəzifəsindən uzaqlaşdırılmasını Rumıniyanın ədliyyə naziri tələb etmişdi. Nazir onu səlahiyyətlərini aşmaqda ittiham edirdi.

Hökumətin bir sıra antikorrupsiya siyasətlərindən geri çəkilməsi bu ayın əvvəllərində on minlərlə rumının izdihamlı etiraza çıxması ilə nəticələnmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG