Keçid linkləri

2024, 25 İyul, Cümə axşamı, Bakı vaxtı 23:14

Rumıniya hökuməti iflas etdi


Florin Situ
Florin Situ

Ölkədə böhran dərinləşə bilər

Oktyabrın 5-də Rumıniyada deputatlar Baş nazir Florin Situnun sağ-mərkəzçi azlıq hökumətinə etimadsızlıq göstərib.

Situ hökumətinin iflası Avropa Birliyinin ən yoxsul ölkələrindən olan Rumıniyada böhranı dərinləşdirə bilər. COVID-19-un dördüncü dalğası pandemiyanın ən böyük itkilərinə səbəb olub, enerji xərcləri isə artmaqdadır.

ABŞ-da təhsil almış keçmiş bankir, 49 yaşlı Situ dekabrdakı parlament seçkisindən bəri baş nazirdir. Sağ mərkəzçi koalisiya tərəfdaşı onu tərk edib, sol cəbhə də kəskin tənqid edir.

“Diktator yanaşması”

Sağ-mərkəzçi USR partiyası ötən ay hökumətdən çıxıb, Situnu “diktator yanaşması”nda suçlayıb. Buna baş nazirin USR-ın bir neçə üzvünü, ədliyyə və səhiyyə nazirlərini hökumətdən çıxarması səbəb olub.

USR-dan deputatlar oktyabrın 5-də ifrat-sağçı millətçi AUR partiyasına qoşularaq solçu Sosial Demokratik Partiyanın (PSD) təqdim etdiyi etimadsızlıq səsverməsinin lehinə səs verib.

318 deputatdan 281-i səsverməni dəstəkləyib. Etnik macarların UDMR partiyasından 37 deputat səsvermədə iştirak etməyib.

Sağ-mərkəzçi Klaus Yohannis Situnun yaxın müttəfiqidir. Rumıniya konstitusiyasına görə o, yeni baş nazir seçməlidir.

Yohannisin Situnu yenidən bu vəzifəyə təyin edəcəyilə bağlı spekulyasiya var. Bu halda digər partiyalar erkən seçkilərə çağıra bilərlər. Rəy sorğuları parlamentdə ən böyük partiya olan PSD-yə daha böyük rəğbət olduğunu göstərir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG