Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

Rumıniya parlamenti qərbyönlü hökuməti təsdiq etdi


Florin Kitsu (solda) və prezident Klaus Yohannis səsvermədən dərhal sonra
Florin Kitsu (solda) və prezident Klaus Yohannis səsvermədən dərhal sonra

Rumıniya millət vəkilləri ABŞ təhsilli bankir Florin Kitsunun başçılıq etdiyi mərkəz-sağçı və qərbyönlü yeni hökumətə səs veriblər.

Keçmiş maliyyə naziri Kitsu koronavirus böhranını və onun törətdiyi iqtisadi çətinlikləri dəf edəcəyini vəd edib.

Yenicə seçilmiş parlamentin 260-dək deputatı yeni hökuməti dəstəkləyib. Kitsunun əleyhinə 186 deputat səs verib.

48 yaşlı Kitsu deyib ki, onun hökumətinin iki böyük məqsədi var: səhiyyə böhranına üstün gəlmək və iqtisadiyyatı yenidən yoluna qoymaq.

Milli Liberal Partiyanın bundan əvvəlki hökumətində maliyyə naziri kimi çalışmış Kitsu ABŞ-ın Ayova Universitetində iqtisad üzrə dərəcə alıb.

Səsvermədən dərhal sonra prezident Klaus Yohannis yeni hökumətin andiçmə mərasimini keçirib.

Cəsarətli islahatlar proqramı

6 dekabr seçkisindən sonra Milli Liberal Partiya yenicə təşkil olunmuş USR-PLUS alyansı və UDMR etnik macar partiyası ilə mərkəz-sağçı koalisiya yaratıb.

Keçmiş Kommunist Partiyasının xələfi olan Sosial-Demokrat Partiyası seçkidə 30 faiz səs qazansa da koalisya hökuməti qurmaq üçün müttəfiq tapa bilməyib.

Hökumətdəki 20 nazir portfeli koalisiyadakı üç qüvvə arasında onların gücünə müvafiq şəkildə bölüşdürülüb.

Yeni hökumət nəqliyyat infrastrukturunun tikintisi, korrupsiyaya qarşı mübarizə və ədliyyə sisteminin sağlamlaşdırılması üçün cəsarətli islahatlar proqramı irəli sürüb.

Ruminiyada indiyədək koronavirusa 604 min nəfər yoluxub və COVID-19 xəstəliyindən 15 minə yaxın insan vəfat edib.

Ölkə özünün peyvəndləmə proqramına dekabrın 27-dən başlamalıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG