Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 13:32

İmişlidə ruhi xəstələr evdən qaçır...


İllüstrasiya
İllüstrasiya

►İmişli sakini Məsləhət Məmmədov himayəsindəki iki ruhi xəstənin pulsuz dərmanla normadan az təmin olunduğunu deyir

“Hava dəyişəndə, bunların halı da dəyişir. Bir də görürsən, baş götürüb kanala qaçırlar. Bu yaxınlarda birini Sabirabaddan tapıb gətirmişdilər”.

İmişli sakini Məsləhət Məmmədov AzadlıqRadiosuna danışır ki, öhdəsində olan iki ruhi xəstəyə görə yetərincə pulsuz dərman ala bilmir. Bu səbəbdən də iki xəstə bacısının vəziyyəti günbəgün pisləşir.

“20 GÜN QALIRAM ƏLLƏRİNDƏ”

Məsləhət Məmmədovun bacısı Təkminə daun xəstəsidir. Zərminə və Darayıda isə yetkinlik yaşa çatanda psixi qüsur əlamətləri üzə çıxıb. Davamlı müalicələr heç bir fayda verməyib,

Bacılar yaşa dolduqca ruhi xəstəlik özünü daha qabarıq büruzə verməyə başlayıb. Hazırda hər ikisi 1-ci qrup əlildir. Məsləhət Məmmədov deyir, bu bacıların dərdi ona daun xəstəsi olan bacısının dərdini unutdurub:

– Biri daundur, bilirəm ki, oturub evin bir küncündə, ondan çox narahat deyiləm. Ancaq bu iki bacını saxlaya bilmirəm. Hərəsinə bir qutu dərman verilir. Qutu da 10 günlük çatır. Ayın 20 günü qalıram əllərində… Hava dəyişən kimi vəziyyətləri ağırlaşır. Ümumiyyətlə, istənilən anda dəyişə bilərlər. Gecələr də yatmıram, keşiklərini çəkirəm ki, əllərindən xata çıxar.

– Hansı dərmanı əldə edə bilmirsiniz?

– “Tsikladol”. Əvvəllər satışda olurdu. Sonra yığışdırdılar. Elə də bahalı dərman deyil. Sadəcə, yoxdur. Xəstəxana da normadan çox aşağı verir – hərəsinə bir qutu… Cəmi 10 gün çatır xəstələrə. Qalan günləri qalıram iki xəstənin əlində. Səhərdən axşama qədər küçələrdə arxalarıyca qaçıram. Qonşularım bilir, xəstə bacılarım da, mən də nə əziyyətlər çəkirik.

– Vəziyyət belə ciddidirsə, niyə evdə qalırlar, xəstəxanaya köçürülmürlər?

– Arada aparırlar Maştağadakı ruhi xəstəxanaya. Bir neçə gün sonra zəng vururlar ki, “palatalarda yer yoxdur, gəlin aparın”. Məcbur qalıb gedib gətirirəm. Deyirəm, “bunları ev şəraitində saxlayıram, ancaq heç olmasa, dərmanlarını kəsməyin, normasında verin ki, vəziyyətləri ağırlaşanda sakitləşdirə bilim”. Belə xəstələrə zəmanət yoxdur. Sabah beyni döndü, çıxdı küçədə birini vurub öldürdü, lap elə evin içərisində məni doğradı, kim cavabdehlik daşıyacaq? Xəstənin norması nədir, onu da versinlər ki, sabah bədbəxtçiliyə səbəbkar olmasınlar.

____________________________________________________________

Bunlara da bax:
'İnəyi gözdən qoymağa peşmansan…'
Üçəmlərdən sağ qalan körpə Bakıya gətirilir

____________________________________________________________

“PUL ÖDƏNİLMƏLİDİR”

İmişli Mərkəzi Xəstəxanasından məsələyə münasibət bildirilməsə də, hüquqşünas Vaqif Alıyev Məsləhət Məmmədova çıxış yolu göstərməyə çalışıb. Hüquqşünas deyir, Məsləhət Məmmədov Səhiyyə Nazirliyinə rəsmi müraciət etsin, qanunla müəyyən olunmuş müddətdə cavab almadıqda, yaxud qaneedici cavab aldıqda qurumu məhkəməyə versin.

Məsləhət Məmmədovun gileyi təkcə dərman çatışmazlığı ilə bitmir. O, dövlətdən xəstə vətəndaşına sahib çıxmasını tələb edir:

“Dövlət xəstə vətəndaşlarına sahib çıxmalıdır. Onlara daimi evdə baxan, qulluq göstərən adam lazımdır. Bu adam üçün pul ödənilməlidir”.

“BU VƏZİFƏ ƏVƏZSİZ İCRA EDİLİR”

İmişli Rayon Məhkəməsinin qərarı ilə xəstə bacılar “fəaliyyət qabiliyyəti olmayan” hesab edilib. Mülki Məcəlləyə görə, qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə onların üzərində qəyyum (himayəçi) təyin edilməsi üçün yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına məlumat verməli idi.

İmişli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasından bildirilib ki, məhkəmə qərarı onlara göndərilməyib:

“Qəyyumluq fəaliyyət qabiliyyəti olmayan şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçündür. Bəziləri elə düşünür ki, bu statusu alan kimi onlara aylıq əməkhaqqı, yaxud müavinət ödəniləcək. Əslində qanunla nəzərdə tutulan hallardan başqa, bu vəzifə əvəzsiz icra edilir”.

İmişli Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin sosial xidmət sektorundan bildirilib ki, onlar yalnız hər iki valideynini itirən əlil uşaqlara məhkəmə qərarı əsasında himayəçi təyin edilən şəxslərə müavinət ödəyirlər.

Sektordan bildirilib ki, Məmmədova bacılarına, olsa-olsa, ildə bir dəfə – Beynəlxalq Əlillər Günü yardım edə bilərlər.

Buna da bax: Uşaq bağçasında yanğın

Uşaq bağçasının da yerləşdiyi bina yanıb
Gözlə

No media source currently available

0:00 0:02:55 0:00

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (21 iyun)

Harda açılıb o 1,5 milyon iş yeri?
Günün əsas hadisələri Azadlıq Radiosunda - 21 iyun
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (21 iyun)

Savchenko İlham Əliyevə çağırış etdi

XS
SM
MD
LG