Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:41

Vəkil: '3 günə alacağım qərarı 11 gündür vermirlər'


Həbs olunmamışdan az öncə Rüfət Səfərovun Azadlıq Radiosuna dedikləri
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00

Həbs olunmamışdan az öncə Rüfət Səfərovun Azadlıq Radiosuna dedikləri

«Rüfət Səfərovla bağlı məhkəmə hökmünün üstündən 11 gün keçsə də, hələ də hökmü al bilməmişəm».

Bunu Azadlıq Radiosuna R.Səfərovun vəkili Bəhruz Bayramlı bildirib.

Vəkil deyir ki, qanuna əsasən, hökm üç gün ərzində qarşı tərəfə təqdim edilməlidir: «Amma dediyim kimi, 11 gündür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsindən hökmü ala bilmirik . Nə qədər müraciət ediriksə də, xeyri yoxdur».

B.Bayramlı deyir ki, Ədliyyə Nazirliyinə, Məhkəmə Hüquq Şurasına teleqramla müraciət edərək mövcud vəziyyəti anladıb. Onun deməsinə görə, qərarın verilməməsinin sonrakı məhkəmə perspektivinə mənfi təsiri də var: «Bu qərar 20 gün ərzində təqdim edilməsə və biz də bu qərara arxayın olub apellyasiya şikayəti verməsək, müddət keçdiyindən sonrakı şikayətimiz tanınmayacaq. Beləliklə, məhkəmə qərarı qüvvəyə minəcək».

Vəkil qeyd edir ki, bütün bunları nəzərə alaraq, ötən həftə ilkin apellyasiya şikayətini hökmü almadan Şirvan Apellyasiya Məhkəməsinə göndəriblər.

Lənkəran Ağır Cinayətlər Məhkəməsindən vəkilin şikayətinə münasibət öyrənmək mümkün olmayıb.

Rüfət Səfərov sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il həbs cəzasına layiq görülüb.

Ötən il dekabrın 20-də o, ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, Zərdab rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verdiyini açıqlamışdı. Bundan dərhal sonra Zərdab rayon Prokurorluğunda yoxlama, onun yaşadığı kirayə mənzildə isə axtarış aparılıb.

Yanvarın 15-də isə R.Səfərova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülmüş və o, həbs olunmuşdu. Bir həftə sonra - yanvarın 22-də isə Binəqədi Rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti təmin etmişdi.

Keçmiş müstəntiq ona qarşı ittihamların uydurma olduğunu, siyasi baxışlarına, hökumətin ünvanına tənqidi fikirlərinə görə cəzalandırıldığını bildirir.

R.Səfərov hakim YAP-dan keçmiş deputat, eləcə də Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun oğludur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG