Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:03

'Üsyankar müstəntiq'i öz məhkəməsinə gətirmədilər


Həbs olunmamışdan az öncə Rüfət Səfərovun Azadlıq Radiosuna dedikləri
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00

Həbs olunmamışdan az öncə Rüfət Səfərovun Azadlıq Radiosuna dedikləri

Oktyabrın 31-də Şirvan Apellyasiya Məhkəməsində Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi, siyasi bəyanatla prokurorluq orqanlarından istefa verdikdən az sonra cinayət məsuliyyətinə cəlb olunmuş Rüfət Səfərovun şikayəti üzrə ilkin baxış iclası keçirilib.

Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan keçmiş müstəntiqin özünü məhkəməyə gətirməyiblər.

R.Səfərovun apellyasiya şikayətinə Ələsgər Novruzovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

R.Səfərovun vəkili Bəhruz Bayramov onun iştirakı olmadan məhkəmənin keçirilməsinə etiraz edib. Bildirib ki, mütləq Rüfətin özünün də iştirakı təmin olunmalıdır.

Dövlət ittihamçısı Samir İsmayılov da Rüfət Səfərovun iştirakının tərəfdarı olub.
Bu səbəbdən məhkəmə noyabrın 17-nə təxirə salınıb.

Rüfət Səfərov ötən ilin dekabrında ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verdiyini açıqlamışdı. Ardınca Zərdab Rayon Prokurorluğunda yoxlama, onun yaşadığı kirayə mənzildə isə axtarış aparılmışdı. Yanvarın 15-də R.Səfərova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülmüş, həbs olunmuşdu. Bir həftə sonra - yanvarın 22-də isə Binəqədi Rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti təmin etmişdi.

Bu il sentyabrın 8-i Lənkəran Ağır Cinayətlər Məhkəməsi R.Səfərovu 9 il azadlıqdan məhrum edib. Keçmiş müstəntiq ona qarşı ittihamların uydurma olduğunu, siyasi baxışlarına, hökumətin ünvanına tənqidi fikirlərinə görə cəzalandırıldığını bildirir.

R.Səfərov hakim Yeni Azərbaycan Partiyasından keçmiş deputat, Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun oğludur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG