Moskva birjası martın 10-da səhəri rublun ucuzlaşması xəbəri ilə açıb.
Dollar azı dörd rubl bahalaşıb və 72 rubl 80 qəpiyə satılıb.
Avro 81 rubl 89 qəpik olub.
Rublun ucuzlaşması dünəndən proqnozlaşdırılmışdı.
Martın 9-da Brent markalı neftin qiyməti 30 faizə qədər ucuzlaşıb və 31 dollar civarında satılıb.
1991-ci ildən bəri bu ən kəskin ucuzlaşmadır.
Neft Rusiya və OPEC arasında razılaşmanın baş tutmaması səbəbindən ucuzlaşıb.