Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:07

Rublun düşməsi Azərbaycan üçün niyə pisdir?


Rubl ucuzlaşır – Rusiyadan Azərbaycana göndərilən pul azalırmı?
Gözlə

No media source currently available

0:00 0:14:49 0:00

Rubl ucuzlaşır – Rusiyadan Azərbaycana göndərilən pul azalırmı?

Rublun dollara və avroya nəzərən kəskin ucuzlaşması Rusiyada işləyən azərbaycanlı miqrantların durumuna necə təsir edib?

Aprelin 10-da səhər rubl 4,5 faizdən çox düşüb, 2016-cı ilin dekabrından bəri ilk dəfə bir dollar 63 rubldan da baha satılıb. Elə avro da bahalaşıb, 78 rublu keçib.

Rusiyada Voronej şəhərində işləyən azərbaycanlı işadamı Akif Məmmədov İrandan və Azərbaycandan mal idxal edir. Deyir ki, rublun ucuzlaşmasına görə, hər 15 ton məhsulda 2 min dollara qədər pul itirir.

Akif Məmmədov deyir ki, hələlik azərbaycanlı miqrantlar evə qayıtmaq barədə düşünmürlər, vəziyyətin necə dəyişəcəyini gözləyirlər.

Sahibkar deyir ki, Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulu aparır, qarşıdan pomidor mövsümü gəlir, amma bu gedişlə sahibkarlara Rusiyaya mal vurmaq sərf etməyəcək.

Bakıda, Sosial və İqtisadi İnkişaf Mərkəzinin iqtisadi təhlilçisi Rəşad Həsənov deyir ki, Rusiya, Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və iqtisadi durumun pisləşməsi Azərbaycan işadamlarına mənfi təsir edəcək:

“Azərbaycanın Rusiyaya satdığı məhsuallar rublun dəyərsizləşməsi fonunda Rusiyada daha az rəqabətə davamlı olacaq və bu da kənd təsərrüfatı istehsalı və istehlakı ilə məşğul olanlarımız üçün problem yaradacaq. Üstəlik, Rusiyada alıcılıq qabiliyyəti aşağı düşəcək və bu da azərbaycanlı işadamlarının xeyrinə deyil”.

AzadlıqRadiosu Bakıda sorğu keçirib və soruşub ki, “sizcə, Azərbaycanda nə qədər insan qohumlarının Rusiyadan göndərdiyi pulla dolanır?”

Bakı sakinləri rublun ucuzlaşması barədə nə düşünürlər
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

İqtisadi təhlilçi Rəşad Həsənov deyir ki, Azərbaycana xaricdən göndərilən pulun 70 faizi Rusiyanın payına düşür, sanksiyalar davam edərsə, ölkəyə göndərilən pul azalacaq. İqtisadçının sözlərinə görə, Rusiyada işləyən miqrantlar işsiz qalarsa və vətənə dönərsə, bu Azərbaycanın gərgin olan əmək bazarına mənfi təsir edəcək.

Rubl aprelin 6-da, ABŞ –ın maliyyə nazirliyi Rusiyaya yeni sanksiyalar qoymağa başlayandan sonra düşməyə başlayıb.

Yeni sanksiyalar prezident Vladimir Putin-ə yaxın hesab edilən 20-dən artıq maqnatı, şirkəti, rəsmini, siyasi fiquru əhatələyib.

Sanksiyalara məruz qalanların ABŞ-ın ərazisindəki aktivləri dondurulur, amerikalıların onlarla iş qurması yasaqlanır. ABŞ sanksiyanı Moskvanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsinə cavab olaraq tətbiq etdiyini bildirib.

ABŞ-ın Şimali Dakota universitetinin maliyyə professoru Fariz Hüseynli deyir ki, rubl daha da ucuzlaşa bilər:

“Təbii ki, məsələ yalnız bu sanksiyalarla bağlı deyil, gələcəkdə nə baş verəcəyinin də mühüm əhəmiyyəti var. Bazar indi sanksiyaların genişlənəcəyini gözləyir. Əgər bazar bu sanksiyanın Rusiyanın qiymətli kağızlarına da tətbiq ediləcəyini gözləsə, onda investorlar bu bazarları tərk edəcək, rubl daha çox düşəcək. Başqa bir faktor Suriya ilə bağlıdır. Suriya ilə bağlı ABŞ hökumətinin qərarı nə olacaq, hərbi hücum olacaqmı, hələ bəlli deyil”.

AzadlıqRadiosunun rus xidmətinə müsahibə verən rusiyalı maliyyəçi Kiril Tremasov bildirib ki, 2014-cü il sanksiyaları zamanında da çoxları bunun ciddi olmadığına inanırdı, amma rubl ucuzlaşdı. O da var ki, həmin il neftin qiyməti də ucuzlaşdı:

“İndi bazarın durumu qeyri-müəyyəndir. Hazırda ABŞ-da neft hasilatı artır, odur ki, neftin qiyməti ilə bağlı proqnoz vermək çətindir. İndi neft rublun dəstəklənməsindəm həll edici amildir. Odur ki, biz devalvasiya gözləmirik, amma rublun 10 faiz ucuzlaşması mümkündür”.

Rusiyadan başqa regionda, Türkiyə və İranın da milli valyutası dəyər itirib. Azərbaycan hökumət rəsmiləri hələ ki, ölkədə manatın dəyər itirməsinin gözlənilmədiyini bəyan ediblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG