Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:41

Rubl manatla həmdərddir: neft qalxır, onlar qalxmır...


Rusiyanın Sberbank CIB bankı rublun neftin qiymətinə bağlı olmayan əsl dəyərini müəyyən edib.

Bankın ekspertləri deyirlər ki, rublun hazırkı dəyəri neftin qiyməti ilə nisbətdə 2014-cü ilin mayındakı ən aşağı hədlə hesablandığına görə şişirdilib.

Sberbank CIB-nin təhlilçiləri bildirirlər ki, milli valyutanın ədalətli kursu 1 dollara 72 rubl olmalıdır.

RBK agentliyinin xəbərində deyilir ki, avqustun 2-dən Brent markasından olan neftin qiyməti 17 faizdən də çox artaraq 41, 5 dollardan 50 dollara çatsa da, rubl cəmi 4, 9 faiz bahalaşıb.

Avqustun 2-dən Brent markasından olan neftin qiyməti 17 faizdən də çox artaraq 41, 5 dollardan 50 dollara çatsa da, rubl cəmi 4, 9 faiz bahalaşıb

Ekspertlər qeyd edirlər ki, iyulun əvvəllərində rublun möhkəmlənməsinə baxmayaraq şərait investorlara o qədər də yaxşı görünmür.

Bu, ilk növbədə Ukrayna ilə münasibətlərin gərginliyi ilə əlaqədardır.

Rublun möhkəmlənməsinə həmçinin ixracatçılardan gələn xarici valyuta kütləsinin və vergi üzrə ödənişlərin artması səbəb olub.

Lakin bu o demək deyildir ki, rubl əslində olduğundan aşağı həddə qiymətləndirilib.

Əgər ilin sonuna büdcə kəsirinin ÜDM-ın 3, 5 faizini təşkil edəcəyi nəzərə alınarsa, hazırkı neft qiymətlərinin fonunda Rusiya milli valyutasının dəyəri şişirdilib.

Neft kömək etmir

Neftin qiyməti ilə rublun kursu arasındakı nisbətin aşağı olması üzündən, neftin qiyməti hətta bir barrel üçün 50 dolları keçdiyi halda da, rubl bir dollar üçün 63 rubldan daha çox bahalaşmayacaq.

Sberbank CIB-nin təhlilçiləri bildirirlər ki, milli valyutanın ədalətli kursu 1 dollara 72 rubl olmalıdır.

Ekspertlər avqustun sonları və sentyabrın əvvəllərində hətta neft qiymətlərinin sabit olduğu şəraitdə də rublun ucuzlaşmaqda davam edəcəyini proqnozlaşdırırlar.

RBK yazır ki, Alfa Bankın baş iqtisadçısı Nataliya Orlova da milli valyutanın fundamental göstəricilərinin süni şəkildə yüksəldilməsi fikri ilə razılaşır.

O bildirir ki, rublun həqiqi qiyməti 1 dollar üçün 70 rubl olmalıdır və əgər Rusiya Bankı 2016 və 2017-ci illər üçün inflyasiya hədəflərini qarşılaya bilməsə, elə belə də olacaq.

Lakin Renessans Kapital-ın baş iqtisadçısı Oleq Kuzmin rublun hazırkı qiymətini ədalətli hesab edir.

Onun fikrincə, rublun 1 dollara 72 rubl həddinə enməsi üçün neft qiymətlərinin 40 dollardan aşağı olması lazımdır.

Azərbaycan manatı da son həftələr ərzində dollara nisbətdə tədricən, lakin sabit şəkildə ucuzlaşmaqda davam edir.

Bir sıra ekspertlər ilin sonunadək 1 dolların 1, 8 manat olacağını gözləyirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG