Keçid linkləri

2026, 12 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 12:06

Qadağadan iki il keçir, amma RT və 'Sputnik'ə hələ də AB-də baxmaq olur


Brüsseldə Avropa Komissiyasının binasında RT-nin ingilis dilində internet saytı açılır.
Brüsseldə Avropa Komissiyasının binasında RT-nin ingilis dilində internet saytı açılır.

AzadlıqRadiosu Balkan Xidmətinin əməkdaşı Avropa Komissiyasının Brüsseldəki binalarından VPN, yaxud hər hansı başqa yayınma aləti işlətmədən RT və "Sputnik"in saytlarına daxil ola bilib. İki il öncə - Ukraynaya hücumdan sonrakı ilk həftələrdə Kremlin bu təbliğat vasitələrinə çıxış təcili dayandırılsa da, onların saytlarına çıxış hələ də mümkündür. RT və "Sputnik"in saytlarındakı video, mətn və digər biçimlərdəki kontenti ingilis, fransız, alman, serb, ispan və ərəb dillərində görmək olar.

"Nizamlayıcı tədbirlər görmək müvafiq milli qurumların işidir"

AzadlıqRadiosu Balkan Xidmətinin rəqəmsal ekspertiza komandası VPN işlədərək özünü AB üzvü olan 19 ölkənin vətəndaşları kimi tanıdıb və hər dəfə də RT və "Sputnik"in saytlarına problemsiz daxil ola bilib.

"Sanksiyalar kabel, peyk, IPTV, …saytlar və app-lər də daxil, bütün transmissiya və yayılma imkanlarını əhatə edir. Bununla bağlı bütün lisenziya, icazə və yayım sövdələşmələri dayandırılıb", - Avropa Komissiyasının rəqəmsal iqtisadiyyat, araşdırma və innovasiyalara cavabdeh sözçüsü Yohannes Barke (Johannes Bahrke) AzadlıqRadiosuna cavab açıqlamasında belə deyib.

Barke və digər AB rəsmiləri, eləcə də kənar ekspertlər deyirlər ki, qaydaların icrası ilə bağlı problem 27 AB ölkəsindən və onların qurumlarındakı maneələrdən qaynaqlanır.

"Sputnik"in serb dilində saytı Brüsseldə açılır.
"Sputnik"in serb dilində saytı Brüsseldə açılır.

Müşahidəçilərin sözlərinə görə, qadağanın tətbiqi üçün üzv dövlətlərin hər birinin qurumları yerli xidmət provayerlərinə üz tutaraq Rusiya saytlarına çıxışın ləğv edilməsini istəməlidir. Onların fikrincə, ən asan yol - domen və özəl saytların dövlət səviyyəsində yasaqlanmasıdır.

Barke deyir ki, Avropa Birliyi RT-nin ingilis dilindəki resurslarına, sayta Almaniya, Fransa və İspaniyadan çıxışa, ən sonda isə ərəb dilindəki kontentə və serb dilindəki "RT Balkan"a sanksiya qoyub.

Ancaq AzadlıqRadiosunun müxbiri Endi Haylın qurumun Balkan Xidmətinin əməkdaşı Qerakina Tuhinanın xəbəri əsasında hazırladığı materialda göstərilir ki, serb dili məsələsi AB və Qərb üçün ayrıca çətinlik törədir. Serbiya prezidenti Aleksandar Vuçic ölkəsinin Rusiyaya qarşı sanksiyalara qoşulmasına qətiyyətlə imkan verməyib. Serbiya Avropa qitəsində, Türkiyə və Belarusdan başqa, Rusiyadan, formal da olsa, uzaqlaşmaqdan imtina edən tək ölkədir. Belqradda ofisi olan "Sputnik" bu ölkədəki fəaliyyətinə 2019-cu ildən, RT isə serb dilində fəaliyyətinə 2022-ci ilin sonlarında başlayıb.

"Sanksiyaların əhatə etdiyi saytlara, o cümlədən subdomen və yeni yaradılan domenlərə çıxışı bloklamaq uyğun provayderlərin, zəruri nizamlayıcı tədbirlər görməksə müvafiq milli qurumların işidir", - Barkenin sözləridir.

AzadlıqRadiosunun Balkan Xidməti Avropa Birliyi institutlarının yerləşdiyi Belçikada aidiyyəti qurumlardan, o cümlədən Belçika Telekommunikasiyalar Nazirliyindən açıqlama almağa çalışıb. Ancaq müraciətdən iki həftə keçsə də, heç bir cavab ala bilməyib.

Blok Rusiyanın media vasitəsilə təsir əməliyyatlarının önünü kəsmək üçün bütövlükdə sayıq davranıb.

Putinin Azərbaycandakı təbliğat maşını - sputnik.az
Gözlə

No media source currently available

0:00 0:04:48 0:00

"İnformasiya savaşı və aqressiv müharibə təbliğatı"

AB-nin xarici məsələlər və güvənlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel (Josep Borrell) 2015-ci ildə "EUvsDisinfo" layihəsini işə salıb. Bu layihə RT və "Sputnik"in media qurumları deyil, Kremlin "yalan silahları" olduğunu vurğulayır. "EUvsDisinfo"nun saytında deyilir ki, layihənin əsas məqsədi Rusiyanın təsir və dezinformasiya əməliyyatları haqda cəmiyyətin bilgi və anlayışını gücləndirmək, Avropa və digər yerlərin vətəndaşlarına rəqəmsal informasiya və media manipulyasiyasına qarşı dirəniş formalaşdırmaqda kömək etməkdir.

"Rusiya Ukrayna xalqına qarşı qanunsuz müharibəsini dünya miqyasında informasiya savaşı və aqressiv müharibə təbliğatı ilə birgə aparır", - AB-nin diplomatik orqanı olan Avropa Xarici Fəaliyyət Xidmətində (EEAC) Borrelin sözçüsü Peter Stano yanvarın 23-də verdiyi açıqlamasında belə deyib.

Borrel bu yaxınlarda bildirib ki, özəlliklə ABŞ və AB-nin Ukraynaya yeni yardım paketlərini ləngitdiyi indiki dövrdə sözügedən qadağaların normal icra olunmaması ağır nəticələr doğura bilər.

"Biz bu təhlükə önündə daha duyarlıyıq, axı informasiya işıq sürəti ilə dövr edir", - Borrel bu sözləri ötən ay dilə gətirib.

XS
SM
MD
LG