Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:00

Vəkil: 'Jurnalist guya küçədə söyüş söyürmüş...'


Rövşən Məmmədli
Rövşən Məmmədli

«Jurnalist Rövşən Məmmədlini yanvarın 23-ü axşam saat 17 radələrində Yasamal rayon ərazisində saxlayıblar».

Bunu AzadlıqRadiosuna vəkil Elçin Sadıqov bildirib

Vəkilin deməsinə görə, R.Məmmədli Yasamal Rayon Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 535-1 (polisin qanunu tələblərinə tabe olmamaq) maddəsi ilə ittiham olunub və 30 sutka inzibati cəza alıb: «Səbəb də bunu göstərirlər ki, guya telefonla hündürdən danışaraq nalayiq sözlər deyir, söyüş söyürmüş. Hazırda Binəqədi rayonundakı müvəqqəti saxlanma təcridxanasındadır».

E.Sadıqov qərardan apellyasiya şikayəti veriləcəyini bildirib.

R.Məmmədlinin bu günlərdə mətbuatda hazırda həbsdə olan «Müsəlman Birliyi» Hərəkatının rəhbəri Taleh Bağırovun müdafiəsi ilə bağlı yazısı dərc edilmişdi. Ondan 2 gün idi ki, yaxınları dəqiq məlumat ala bilmirdilər.

T.Bağırovun tərəfdarlarından Əhsən Nurüzadədən isə yanvarın 24-ü gündüz saatlarından xəbər yoxdur. O, da kütləvi informasiya vasitələrinə tez-tez Taleh Bağırovun müdafiəsi ilə bağlı açıqlamalar verirdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG