Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Fevral, Bazar ertəsi, Bakı vaxtı 01:49

Rövnəq Abdullayev UEFA-nın iclasına qatılıb


Azərbaycan, Rövnəq Abdullayev, SOCAR prezidenti, St. Petersburg, Beynəlxaılq İqtisadi Forum, 2016

“UEFA İcraiyyə Komitəsinin qərarı olmadan Çempionlar Liqasının finalının harda keçiriləcəyi barədə fikir bildirmək düzgün deyil”.

Bu sözləri Azərbaycan Futbol Fedarasiyaları Assosasiyasının (AFFA) baş katibi Elxan Məmmədov söyləyib.

Bu barədə bu gün, sentyabrın 19-u AFFA məlumat yayıb.

Məlumatında bildirilir ki, E.Məmmədov 2019-cu ildə Çempionlar Liqası və Avropa Liqası turnirlərin final oyunlarının Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı AFFA-nın UEFA-ya müraciət etdiyini söyləyib.

“Müracitələ bağlı qərar UEFA İcraiyyə Komitəsinin sabah (20 sentyabr) keçiriləcək iclasında qəbul olunacaq. Prosedur qaydalarına uyğun olaraq, AFFAbütün tender sənədlərini hazırlayaraq, UEFA-ya təqdim edib. Sentyabrın 5-də isə AFFA-nın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə UEFA-nın mənzil qərargahında Bakı şəhərinin final oyunlarına namizədliyi ilə bağlı hazırlanmış xüsusi prezentasiya təqdim olunub”.

E.Həsənov hazırda AFFA prezidenti Rövnəq Abdullayev və vitse-prezident Elşad Nəsirovun UEFA-nın Yuksək İdarə Heyətinin iclasında olduğunu bildirib. Onun sözlərinə görə,Cenevrə şəhərində UEFA-nın İcraiyyə Komitəsinin növbədənkənar iclası keçiriləcək və qeyd olunan turnirlərin final oyunlarını təşkil edəcək ölkələrin adları açıqlanacaq.

“Bəzi KİV-də qərarla bağlı müxtəlif məlumatlar yazılır. Qeyd etmək istərdik ki, İcraiyyə Komitəsinin qərarı olmadan bu barədə hər hansı fikir bildirmək düzgün deyil”, E.Həsənov bildirib.

Xatırlatma

Futbol üzrə 2019 Çempionlar Liqasının finalının Bakı Olimpiya stadionunda keçiriləcəyiehtimal edilir.

Bakı Olimpiya stadionu əsas namizədlər sırasındadır. Madridin “Atletiko” klubunun yeni stadionu da ev sahibliyinə iddia edir.

Ancaq sport.ru saytının yazdığına görə, Vanda Metropolitano stadionunda cəmi 7 min VİP yer var və UEFA-nın fikrincə bu azdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG