Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

ABŞ tarixində prezidentliyə ən uğurlu müstəqil namizəd vəfat edib


Ross Perot
Ross Perot

Milyarder və xeyriyyəçi Ross Perot 90 yaşında vəfat edib.

Bu barədə Reuters agenliyi xəbər verir. Kompüter biznesindən 4 milyard dollar qazanmış Ross Perot Amerika tarixində prezidentliyə ən uğurlu müstəqil namizəd hesab olunurdu.

1992-ci ilin seçkisində Perot seçicilərin 19 faizinin səslərini qazansa da, seçici kollegiyası ona bircə səs də verməmişdi.

Perot 1930-cu ildə Texasda doğulmuş, elə buradaca ictimai kolleci bitirmişdi.

Donanmda hərbi xidmətindən sonra Perot IBM şirkətində menecer olmuşdu.

O 1962-ci ildə öz biznesini qurmuş, 20 il sonra bu biznesi 2, 5 milyard dollara avtomobilqayırma nəhəngi General Motors şirkətinə satmışdı.

Bundan sonra o daha bir şirkət yaratmış və Steve Jobs-un NeXT şirkətinin investoru olmuşdu. Jobs buradan getdikdən sonra özünün Apple şirkətini qurmusdu.

Apple kompüterlərində və iPhone telefonlarında bugünədək istifadə olunan Mac OS X və iOS əməliyyat sistemləri məhz NeXT şirkətinin araşdırmaları nəticəsində yaradılıb.

1992-ci ildə Perot ABŞ prezidenti seçkisində müstəqil namizədliyini elan etmişdi.

İlkin rəy sorğularının nəticələrinə görə o həm respublikaçı ata Bush-a, həm də demokrat namizəd Bill Clinton-a qalib gələ bilərdi.

O seçkiqabağı kampaniyanı tərk etmiş, lakin kampaniyaya qayıdaraq seçicilərin 19 faizinin səsini qazanmışdı. Perot buna görə də Amerika tarixinin prezidentliyə ən uğurlu müstəqil namizədi sayılır. Buna baxmayaraq ABŞ-da seçkilərin taleyini həll edən seçici kollegiyaları ona bir səs də verməmişdi.

Bill Clinton bu seçkidən qalib çıxmışdı.

Ross Perot-un bundan sonrakı siyasi karyerası daha az uğurlu olmuşdu. O 1996-cı ilin seçkisində səslərin 9 faizini yığmışdı. Bunun özü də kifayət qədər yüksək göstərici sayılırdı.

Bundan sonra Perot öz siyasi partiyasını yaratmağa cəhd göstərmiş, biznes və xeyriyyəçiliklə məşğul olmuşdu.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG