Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Rusiya İranın Fordo nüvə stansiyasındakı işini dayandırır


Fordo nüvə stansiyasının zallarından birində
Fordo nüvə stansiyasının zallarından birində

Rusiyanın Rosatom dövlət nüvə şirkəti İranın Fordo nüvə kompleksindəki sexlərin birində modernləşdirmə prosesini dayandırıb.

Rosatomun TVEL nüvə yanacağı bölməsi dekabrın 5-də deyib ki, işlərin yarımçıq dayandırılmasının səbəbi texnikidir.

TVEL-in yaydığı bəyanatda deyilir:

"Uranın zənginləşdirilməsi və qeyri-radioaktiv izotop istehsalı eyni otaqda həyata keçirilə bilməz”.

Bu da deyilir ki, bu layihənin reallaşdırılması hazırda “texnoloji baxımdan qeyri-mümkündür”.

TVEL bildirib ki, onun ekspertləri 2017-ci ildən bəri sentrifuq silsiləsinin iki qeyri-radioaktiv izotop istehsalına yönədilməsi layihəsi üzərində işləyirdilər. Bu izotoplar tibbi məqsədlərlə istifadə üçün nəzərdə tutulmuşdu.

Lakin ekspertlər məqsədə nail ola bilməyiblər, çünki həm havada, həm də avadanlığın üzərində uranın izləri qalırdı:

"Bu işi bərpa etmək üçün biz uranı zənginləşdirən sentrifuq silsiləsini sökməli və buradakı hər şeyi diqqətlə təmizləməliyik. Bu şərait yaradılanadək layihədə Rusiya tərəfinin gördüyü işlər dayandırılır”.

Ötən ay Vaşinqton bildirmişdi ki, Fordo nüvə zavoduna sanksiyalardan verilmiş güzəşti dekabrın 15-dən dayandıracaq. Buna səbəb Tehranın bu stansiyada uranın zənginləşdirilməsi prosesini bərpa etməsi idi.

ABŞ prezidenti Donald Trump ötən il Birləşmiş Ştatları 2015-ci il nüvə sazişindən çıxardıqdan sonra, Tehranın üzərinə ABŞ sanksiyaları bərpa edilib.

Avropa ölkələri bu sazişin qorunub saxlanmasına çalışırdılar. Lakin Tehran səbrinin tükəndiyini və nüvə zənginləşdirilməsi prosesini bərpa edəcəyini bildirmişdi.

Tehran sözü gedən sazişin şərtlərini artıq yerinə yetirməyəcəyini bəyan edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG