Keçid linkləri

Təcili xəbərlər
2021, 12 Aprel, Bazar ertəsi, Bakı vaxtı 02:49

İsrailin baş nazirindən sonra Rogozin gəlir


Dmitry Rogozin

Bu gün, dekabrın 15-i Rusiya baş nazirinin müavini Dmitry Rogozinin Bakıya gəlişi gözlənir.

Nardaran əməliyyatı

2015-ci il noyanrın 26-da polisin Bakının Nardaran qəsəbəsində əməliyyatında ikisi polis olmaqla 6 nəfər həlak olub. Rəsmi ittihama görə Nardaranda radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərərkən öldürülüblər, qarşıdurmada da 2 polis əməkdaşı həlak olub.
Nardaranda və Sabunçu polis idarəsinin qarşısında verən hadisələrə görə 70-dən çox adam da saxlanmışdı. Onların əksəriyyəti bir neçə gün sonra azad edilib, bir hissəsi isə 1 il 6 aydan 2 il 6 aya qədər həbs cəzası alıblar.
Hazırda Nardaran hadisələrinə görə saxlanan 18 nəfərin məhkəməsi gedir.

“Turan” Agentliyinin xəbərinə görə, o, Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın iclasında iştirak edəcək. Bundan başqa D. Rogozin prezident İlham Əliyevlə də görüşəcək.

Buna da bax:​ Netanyahu Bakıya gəldi qonşular narahat oldu [video]

Tərəflərin iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələlərini və bu yaxınlarda Ermənistana “İsgəndər-M” operativ-taktiki raket kompleksinin göndərilməsini müzakirə edəcəkləri gözlənir.

Rogozin Bakıya İsrailin baş nazirinin səfərindən dərhal sonra gəlir. İsrail Azərbaycana alternativ silah tədarükçüsüdür. Son illər Azərbaycanın bu ölkədən 4,8 milyard dollarlıq silah aldığı deyilir.

Buna da bax:​ İranda Netanyahunun Bakı səfərindən narahatlıq var

Ekspertlər ehtimal edir ki, Rogozinin bu səfərində Azərbaycana əlverişli təkliflər edilə bilər.

XS
SM
MD
LG