Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

Roqozin Ukraynada raket zərbəsindən yaralanıb


Roskosmosun keçmiş rəhbəri Dmitri Roqozin (solda) və Vladimir Putin (Arxiv fotosu)
Roskosmosun keçmiş rəhbəri Dmitri Roqozin (solda) və Vladimir Putin (Arxiv fotosu)

Roskosmosun hazırda Donbasda olan və Ukraynaya qarşı müharibədə iştirak edən keçmiş rəhbəri Dmitri Roqozin dekabrın 21-də axşam Donetskin artilleriya atəşinə tutulması nəticəsində yaralanıb.

Bu baradə məlumatı Roqozinin köməkçisi TASS agentliyinə verib:

"Donetskin kənarındakı mehmanxana atəşə tutulub. Bu oteldə son aylarda Dmitri Roqozinin başçılığı altında hərbi müşavirlər qrupu yaşayırdı. Dmitri Oleqoviç kürəyindən yaralanıb. Onu xəstəxanaya yerləşdiriblər. Həyatına təhlükə yoxdur”.

Roqozinin özü də teleqram-kanalında yazıb ki, “bu, könüllü birləşmələrimizdən birinin qayıtmasından sonra dar çevrədə və sakit şəraitdə keçirilən bir işçi görüş idi”.

O daha sonra yazır:

"Biz son aylarda bu mehmanxanada yaşamışıq və son səkkiz ildə buranı atəşə tutmayıblar. Kimsə informasiya ötürüb. Saat 19:45-də bura bir neçə yüksək dəqiqliyə malik zərbə endirilib. Mərmilər 120 mm, ya da 155 mm çaplı olub. Kimin hardan atdığını istintaq araşdıracaq. Mən dəmir qəlpə yarası almışam. 3-4 santimetrlik qəlpə sağ kürəyimin yuxarı tərəfinə girib. Əməliyyat edəcəklər. Mənə yaxın olan bir neçə nəfər də yaralanıb”.

Mütəxəssislər deyir ki, Saakaşvili xaricdə müalicə olunmasa ölə bilər
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00

“Şeş-Beş” restoranında ad günü

Baza adlı teleqram-kanal isə bildirir ki, Roqozin Donetskdəki “Şeş-Beş” adlı restoranda yaralanıb:

“O orada ad gününü qeyd edirdi. Restorana zərbə endirilməsi nəticəsində 2 nəfər həlak olub və daha 5 nəfər yaralanıb. Qondarma DXR-in başçısı Denis Puşilin iki nəfərin öldüyünü təsdiq edib”.

Dmitri Roqozin həqiqətən də dekabrın 21-də anadan olub.

Bu da xəbər verilir ki, Donetskin Lenin rayonundakı resrtoranın atəşə tutulması zamanı Roqozinlə birlikdə olan “DXR”-in hökumət başçısı Vitali Xotsenko da yaralanıb.

Bu barədə onun mətbuat katibi Mina Axverdova məlumat verib:

"Xotsenko Donetskdəki restoranın atəşə tutulması nəticəsində yaralanıb. Həyatına heç bir təhlükə yoxdur. Onu müşayiət edənlər də yaralanıblar”.

Ukrayna hökuməti mehmanxananın atəşə tutulması barədə heç bir məlumat vermir.

Amma Donetsk şəhərinin ətraflarında son günlər qızğın döyüşlər gedir.

Başqa “partlayışlar”

Ötən payızda Xersonda raket zərbəsi nəticəsində vilayətin işğal administrasiyası başçısının müavini Vladislav Kateriniçev həlak olmuşdu.

Elə həmin şəhərdə daha əvvəl Ukrayna Radasının keçmiş deputatı Aleksey Juravko raket zərbəsi nəticəsində ölmüşdü.

İlkin məlumata görə o Play Hotel mehmanxanasında baş vermiş partlayışda həlak olub.

Bu oteldə habelə vilayətdə keçirilən qondarma referendumdan reportaj verən jurnalistlər yaşayırdı.

Roskosmosun 2018-ci ilin mayından baş direktoru işləyən Dmitri Roqozin 2022-ci ilin iyulunda vəzifəsindən azad olunub.

O bundan sonra “xüsusi əməliyyat zonasına” yollandığını və orada Rusiya ordusuna köməklik göstərəcək hansısa ekspert qrupuna başçılıq edəcəyini demişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG