Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:16

Ukraynada yaşayan azərbaycanlı prezidentliyə namizədliyini verdi


Roman Nəsirov,Ukrayna maliyyə xidmətinin keçmiş rəhbəri.
Roman Nəsirov,Ukrayna maliyyə xidmətinin keçmiş rəhbəri.

Ukrayna Maliyyə Xidmətinin keçmiş rəisi, əslən azərbaycanlı Roman Nəsirov Ukrayna prezidentliyə namizədliyinin qeydə alınması üşün Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Bu barədə yanvarın 16-da AzadlıqRadiosunun Ukrayna xidməti məlumat yayıb.

Mərkəzi Seçki Komisiyası 5 gün ərzində onun müraciətinə baxmalıdır.

Ukraynada Prezident seçkiləri martın 31-də keçiriləcək.

Mərkəzi Seçki Komissiyası artıq 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb.

Namizədlərin qeydə alınmasına qoyulmuş vaxt fevralın 5-də sona yetəcək.

Qeyd edək ki, Roman Nəirov 2017-ci ilin martında küllü miqdarda mənimsəmə və vəzifə səlahiyyətlərini aşma ittihamı ilə həbs edilmişdi.

Azərbaycanlı məmur azadlıqda - Rekord məbləğdə girovla
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

Amma sonradan Ukraynanın tarixində görünməmiş məbləğdə, 4 milyon dollara yaxln girov müqabilində azadlığa buraxıldı.

Roman Nəsirov bütün ittihamları rədd edir.

Bundan sonra o tutduğu vəzifədən azad edildi.

Amma Kiyev məhkəməsi 2018-ci ilin dekabrında onun işdən kənarlaşdırılmasının qanunsuz olması və Nəsirova kompensasiya ödənilməsi barədə qərar çıxardı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG