Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Mart, çərşənbə axşamı, Bakı vaxtı 16:12

Roma papası mərhəmətə çağırıb


Roma papası Francis dekabrın 25-də özünün ənənəvi Milad xütbəsinin bir hissəsini miqrant və qaçqınların problemlərinə həsr edib:

"Onları məzarlarına çevrilən səhra və dənizləri aşmağa məcbur edən ədalətsizlikdir. Onları qeyri-insani saxlanma məntəqələrində ağlasığmaz aşağılanma, hər cür kölə münasibəti ilə üzləşməyə məcbur edən də ədalətsizlikdir”.

Dünyada 1.3 milyard katolikin dini rəhbəri sayılan Roma papası özünün ənənəvi Milad xütbəsi ilə müqəddəs Pyotr meydanına toplaşmış on minlərlə insana müraciət edib.

Roma papasıının xütbəsi zamanı onunla yanaşı müqəddəs Pyotr kilsənin balkonunda Vatikanın miqrasiya üzrə kardinalı Renato Martino və yoxsullara və evsizlərə yardımlar üzrə müşavir, kardinal Konrad Krajewski də vardı.

83 yaşı papa Francis özünün Milad xütbəsində Müqəddəs Torpaqda, Suriyada, İraqda, Ukraynada və başqa yerlərdə münaqişələrə son qoyulmasına çağırıb.

Roma papası Qərbi Afrikada “ekstremist qruplaşmaların” xristianlar üzərinə hücumlarını pisləyib.

O öz dini etiqadlarına görə təqib olunanlara, ələlxüsus da Burkina Faso, Mali, Niger və Nigeriyada oğurlanmaya və hücumlara məruz qalanlara mərhəmət göstərilməsinə çağırıb.

Roma papası ənənəvi xütbə ilə Milad və Pasxa bayramlarında müraciət edir.

XS
SM
MD
LG