Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:38

Rohani regional təhlüksizlik planını BMT-yə verəcəyini deyir


Hassan Rouhani hərbi paradda çıxış edən zaman, 22 sentyabr 2019
Hassan Rouhani hərbi paradda çıxış edən zaman, 22 sentyabr 2019

İran prezidenti Hassan Rohani bu barədə 1980-1988-ci illər baş vermiş İran-İraq müharibəsinin bitməsinin ildönümü ilə bağlı keçirilən hərbi parad zamanı etdiyi çıxışında danışıb.

Sentyabrın 22-də İran televiziyasında göstərilən həmin çıxışında Rohani vurğulayıb ki, xarici qüvvələrin bölgəyə və neft sənayesinə təhdidlərini əsas götürərək ölkəsinin hazırladığı "bölgədəki digər ölkələrin köməyi ilə" Fars Körfəzinin təhlükəsizliyi planını BMT-yə təqdim edəcək.

Rohani hesab edir ki, "xarici qüvvələr xalqımız və bölgəmiz üçün problem və etibarsızlığa səbəb ola bilər". Heç kəsə ölkə sərhədlərini pozmağa imkan verilməyəcəyini deyən İran prezidenti regional əməkdaşlığa doğru "dostluq və qardaşlıq əli" təklif edib.

Vaşinqton və Ər-Riyadın Səudiyyənin neft obyektlərinə edilən hücumlarda İranı günahandırması, Yəmən və Suriyada hələ də müharibənin davam etməsi, Hörmüz boğazında naviqasiya azadlığının təmin olunması ilə bağlı ABŞ-ın göstərdiyi səylərdən sonra Yaxın Şərqdə gərginlik artıb.

Sentyabrın 14-də Səudiyyə Ərəbistanına məxsus neft emalı zavoduna dron və raket hücumlarından sonra ABŞ Prezidenti Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindəki ABŞ qüvvələrinin "mülayim" gücləndirilməsinə icazə verib.

22 sentyabr nitqində İran prezidenti xarici güclərə Fars örfəzindən "uzaq durmağı" məsləhət görüb və qeyd edib ki, əks halda bu mövcudluq bölgəni "silah yarışı körpüsü" çevirə bilər.

İran hərbi dəniz qüvvələrinin komandanı Hossein Khanzadi isə çıxışında deyib ki, ölkəsinin hərbi güvvələri istənilən xarici müdaxiləyə çox qısa zamanda daha yüksək dağıdıcı reaksiya ilə cavab verəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG