Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 21:05

Rohani: ‘İran ona lazım olan silahları düzəldəcək və alacaq’ (VIDEO)


Rohani aprelin 18-də hərbi paradda çıxış edib

Prezident Hassan Rohani Milli Ordu Günü münasibətilə keçirilən paradda deyib ki, İran “çəkindirmə” üçün lazım olan bütün silahları istehsal edəcək və alacaq, lakin qonşuları üçün heç bir təhlükə yaratmayacaq.

Rohani aprelin 18-də deyib: "Biz bütün dünyaya deyirik ki, bizə lazım olan silahları istehsal edəcəyik və ya alacağıq və bu barədə heç kimin icazəsini gözləməyəcəyik. Biz qonşularımızla dost və qardaş münasibətlər istəyirik və onlara deyirik ki, bizim silahlarımız, raketlərimiz, avadanlıqlarımız, təyyarələrimiz və tanklarımız sizə qarşı deyil, düşməni çəkindirmək üçündür”.

Prezident deyib ki, İran “normal regionda yerləşmir və istilaçı qüvvələr onun ətarfında bazalar tikiblər”.

ABŞ, Britaniya və Fransa İranın müttəfiqi Suriyaya, onun kimyəvi silahlardan istifadə etməsinə cavab olaraq hava zərbələri endirib.

Rohani isə ABŞ və Qərb ölkələrinə işarə ilə “onlar beynəlxalq qanunlara hörmətsizlik edərək BMT-nin icazəsi olmadan regional məsələlərə qarışır və başqa ölkələrə hərbi müdaxilə edirlər” deyib.

İran prezidenti bunu da deyib ki, regional problemlər yalnız siyasi və dinc yollarla həll oluna bilər.

Bu arada Britaniya, Fransa və Almaniya İranın raket proqramı ilə bağlı onun üzərinə yeni sanksiyalar qoyulmasını təklif ediblər. Bu təklif barədə Avropa konsensusu əldə olunmayıb.

Öz növbəsində ABŞ prezidenti Trump Avropa müttəfiqlərindən 2015-ci il nüvə sazişinin “dəhşətli qüsurlarının” aradan qaldırılmasını tələb edir.

İranın regional rəqibi Səudiyyə Ərəbistanı isə Tehranı Yaxın Şərqdə hegemonluğa can atmaqda ittiham edir.

XS
SM
MD
LG