Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:21

İran özünün ballistik raket proqramını heç kimlə müzakirə etmək istəmir


İranda hərbi parad (Foto arxivdəndir)
İranda hərbi parad (Foto arxivdəndir)

İran prezidenti Hassan Rohani ölkəsinin raket proqramının hər hansı danışıqlar mövzusu ola biləcəyini bir daha istisna edib. O deyib ki, İranın raket proqramından məqsədi kütləvi qırğın silahlarının yaradılması deyil.

Rohani fevralın 6-da Tehranda keçirilən mətbuat konfransında deyib ki, “biz öz silahlarımızı heç kimlə müzakirə etməyəcəyik”.

İran prezidenti bildirib: “Bizim silahlarımız müdafiəmiz üçündür. Bunlar müdafiə silahıdır. Onlar kütləvi qırğın silahı kimi istifadə edilmək üçün yaradılmayıb”.

İran prezidenti bunu da əlavə edib ki, Tehranla dünya gücləri arasında 2015-ci ildə əldə olunmuş nüvə sazişi yenidən danışıqlar mövzusu ola bilməz.

Tehran israr edir ki, onun nüvə proqramı sırf dinc səciyyə daşıyır. Lakin ABŞ iddia edir ki, İranın nüvə proqramından son məqsədi nüvə silahının yaradılmasıdır.

ABŞ prezidenti Donald Trump ötən ay bəyan etmişdi ki, o Avropa müttəfiqlərindən və ABŞ Konqresindən “qüsurlu nüvə sazişinin” yenidən işlənməsini istəyir.

Trump xəbərdarlıq edib ki, nüvə sazişi onun istəyinə uyğun olaraq “sərtləşdirilməsə”, Vaşiqnton bu razılaşmadan çıxa bilər.

İran prezidenti Hassan Rohani deyib ki, Tehran öz raketlərini müzakirəyə çıxarmayacaq
İran prezidenti Hassan Rohani deyib ki, Tehran öz raketlərini müzakirəyə çıxarmayacaq

Rohani bu barədə belə demişdi: “Tehranla Vaşinqton arasındakı problemin açarı Vaşinqtonun əlindədir. Onlar öz hədələrini, sanksiya və təzyiqlərini dayandırsalar, vəziyyət avtomatik olaraq yaxşılaşacaq və biz gələcək haqqında düşünə biləcəyik”.

Tehran nüvə sazişinə hər hansı düzəlişi istisna edir. Bu razılaşma ABŞ, Britaniya, Fransa, Almaniya, Çin və Rusiya tərəfindən imzalanıb. Avropa müttəfiqləri nüvə razılaşmasını müdafiə edəcəklərini bildiriblər.

Buna baxmayaraq Fransa və başqa ölkələr İranın ballistik raket proqramının danışıqlar masasına gətirilməsi məsələsində ABŞ-la həmfikirdirlər.

Buna baxmayaraq Avropa liderləri nüvə sazişi ilə ballistik raket danışıqlarını bir-birinə bağlamamağa çağırırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG