Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Noyabr, bazar, Bakı vaxtı 22:41

Maduro və Ruhani Bakıda ABŞ-ın əleyhinə danışıblar


Venesuela prezidenti Nicolas Maduro (sağda) və İran prezidenti Hassan Rohani (Foto arxivdəndir)

Oktyabrın 25-də Bakıda keçirilən Qoşulmama Hərəkatının sammitində çıxış edərkən İran prezidenti Hassan Rohani ABŞ-ı hegemonluqda ittiham edib.

Turanın məlumatına görə, Rohani çıxışında deyib ki, ABŞ öz hərbi gücünü artırır və bütün dünyada münaqişələri qızışdırır.

“Bu səylərin uğursuzluğuna baxmayaraq, ABŞ-ın hegemonluğunun qarşısını almaq üçün əlimizdən gələni etməliyik”, deyə o bildirib.

O, həmçinin ABŞ-ı siyasi məqsədlərinə nail olmaq üçün iqtisadi vasitələrdən istifadə etməkdə ittiham edib. Buna görə Qoşulmama Hərəkatının üzvləri problemlərin həlli və beynəlxalq hüquq normalarının yerinə yetirilməsi üçün səfərbər ola bilərlər.

“Suriya, Yəmən və digər ölkələrdəki münaqişələrin həllinin şərti başqa ölkələrin daxili işlərinə müdaxilə etməməkdir”, Rohani bildirib.

“Regionda sülh və gəmilərin sərbəst hərəkəti region ölkələrinin səyləri ilə təmin edilməlidir”, deyə İran prezidenti qeyd edib.

Venesuela prezidenti Nikolas Maduro öz çıxışını “imperializmin” tənqidinə həsr edib.

“Qoşulmama Hərəkatı güclənməli və hər hansı dövlətin polis rolu oynamasına imkan verməməlidir. Dünyada imperialist yanaşmaların qarşısını almalıyıq”, deyə Maduro bildirib.

O, QH ölkələrindən BMT-nin İnsan Hüquqları Komitəsində Venesuelanın namizədliyini dəstəkləməyi xahiş edib. “Ölkələrimizi qlobal qüvvələrdən qorumalıyıq”, deyə o bildirib.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG