Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Tehran:Rohani Trump-dan görüşməyi xahiş etməyib


Ayatollah Ali Khamenei, Hassan Rohani və kabinet üzvləri
Ayatollah Ali Khamenei, Hassan Rohani və kabinet üzvləri

ABŞ prezidenti Donald Trump deyir ki, iranlı həmkarı Hassan Rohani ilə görüşmək sorğusunu rədd edib və belə bir görüşə hazırlaşmır.

Bunu Trump-ın özü “Tvitter” səhifəsində yazıb.

Amma o, gələcəkdə belə bir görüşün mümkünlüyünü istisna etməyib və İran prezidentini “gözəl insan” adlandırıb.

ABŞ Dövlət katibi Mike Pompeo da bundan əvvəl “Fox News”ə müsahibəsində ABŞ-İran saamitinin tərəfdarı olduğunu bildirmişdi.

Amma İranın ali dini lideri Ayatollah Ali Khameneinin aparatı sentyabrın 25-də bildirib ki, İran rəhbərliyi heç vaxt Trump administrasiyasının nümayəndələri ilə görüşməyəcək.

Tehran Trump-ın dediklərini rədd edib və bildirib ki, Rohani ondan görüşməyi xahiş etməyib.

Buna da bax: Rohani:Trump İranla qarşıdurmada Səddam Hüseyin kimi məğlub olacaq.

Hassan Rouhani Tehranda keçirilən hərbi paradda çıxış edir.
Hassan Rouhani Tehranda keçirilən hərbi paradda çıxış edir.

​Qeyd edək ki, ABŞ prezidenti Donald Trump bu yaxınlarda ölkəsinin, İranla 6 aparıcı dünya ölkəsi arasında imzalanmış nüvə sazişindən çıxdığını bəyan elədi.

Bu sazişdən sonra İran özünün nüvə proqramını dayandırdı və ona qarşı beynəlxalq sanksiyalar aradan qaldırıldı.

Amma Trumpı-n bu qərarından sonra ABŞ İrana qarşı sanksiyaları bərpa elədi.

Rohani hərbi paradda qeyd edib ki, Trump İranla qarşıdurmada, 1980-ci illər İraq-İran müharibəsində Səddam Hüseyin kimi məğlub olacaq.

Hassan Rohani bildirib ki, İran özünün müdafiə silahlarını günbəgün inkişaf etdirəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG