Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

Rohani Vaşinqtonu ‘amansız iqtisadi terrorda’ ittiham edir


Hassan Rohani Rohani
Hassan Rohani Rohani

İran prezidenti Hassan Rohani BMT Baş Assambleyasında etdiyi çıxışda deyib ki, İran sanksiyalar altında qaldıqca özünün nüvə proqramına dair heç bir danışıqlara girməyəcək.

O eyni zamanda Birləşmiş Ştatları “amansız iqtisadi terrorda” ittiham edib.

Sentyabrın 25-də BMT-nin Nyu Yorkdakı baş qərargahında etdiyi nitqdə Rohani bildirib ki, İran rəsmiləri “İran üzərinə tarixdə ən ağır sanksiyaları qoyduğunu iddia edən adamlarla” danışıqlar apara bilməz.

İran prezidenti habelə deyib ki, Birləşmiş Ştatlar İranı “beynəlxalq iqtisadiyyatda iştirakdan məhrum etmək üçün çox cəhdlər göstərib”. Rohani bunun “beynəlxalq quldurluq” olduğunu deyib.

Tehran və Vaşinqton arasında münasibətlər Birləşmiş Ştatlar ötən il 2015-ci il nüvə sazişindən çıxdıqdan sonra gərginləşib.

Bu saziş 2015-ci ildə imzalananda, ABŞ da daxil dünya gücləri İranın öz nüvə fəaliyyətini məhdudlaşdırması müqabilində onun üzərindəki beynəlxalq sanksiyaların qaldırılacağını vəd etmişdilər.

Lakin Vaşinqton bu sazişi tərk etdikdən sonra ABŞ İran üzərinə onun neft ixracatını hədəfləyən və iqtisadiyyatını boğan ağır sanksiyaları bərpa edib.

ABŞ prezidenti 2015-ci il nüvə sazişinin İrana qarşı kifayət qədər sərt olmadığını iddia edir və bu sənədin yenidən müzakirə olunmasını istəyir. Trump hesab edir ki, bu sazişdə İranın raket proqramına dair müddəalar da olmalıydı.

İran bildirir ki, onun raket proqramı nüvə proqramından ayrıdır və Tehran nüvədən yalnız dinc məqsədlər üçün istifadə etmək istəyir.

Tehran və Vaşinqton arasında münasibətlər sentyabrın 14-də Səudiyyə Ərəbistanının neft qurğularına raket və dron hücumlarından sonra daha da tarıma çəkilib.

ABŞ, Qərb hökumətləri və Səudiyyə bu hücuma görə İranı ittiham edirlər.

Sentyabrın 24-də Baş Assambleyaya müraciət edən Trump bütün ölkələri “repressiv İran rejiminə qarşı təbdirlər görməyə” çağırıb.

O deyib ki, İran davranışını dəyişməyənədək onun üzərindəki sanksiyalar saxlanacaq və hətta daha da sərtləşdiriləcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG