Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:50

Robotlar qızların 'bəxtini aça' bilər


Robotlar
Robotlar

Cənubi Kaliforniya Universitetində (USC) illik robotlaşdırma açıq qapı günləri keçirilir. Hər il bu tədbirə, əsasən, Los-Anceles və ətrafından ibtidai və orta məktəb şagirdləri qatılır. Məqsəd uşaqların robotlaşdırma və kompüter elmlərinə marağını artırmaqdır.

«Robotlaşdırmada qızların və uşaqların sayı o qədər də çox deyil. Məncə bu, yeni insanlarla tanış olmaq, daha çox şey öyrənmək və kreativliyimizin aşıb daşması üçün əla üsuldur», – Tat adlı qız deyir. Tat robotlaşdırmayla dostunun sayəsində tanış olub. Dostu onu robotlar hazırlayan və maşınların bacarıqlarına görə digər qruplarla yarışan komandaya dəvət edib.

Ancaq Tat azlıqdadır. «Accenture» konsaltinq şirkəti və «Girld Who Code» adlı qeyri-hökumət təşkilatının apardığı araşdırmanın nəticələrinə görə, ABŞ-da kompüter elmləri sahəsində bakalavr dərəcəsi almış məzunların sayı ilə bu sahədəki iş yerləri arasında tarazsızlıq var.

18%-dən az

Qadınlar bu iş yerləri üçün mübarizə aparan insanların kiçik faizini təşkil edir. Milli Təhsil Statistikası Mərkəzinin gəldiyi nəticəyə görə, 2015-ci ildə ABŞ-da qadınların 18%-dən azı kompüter elmləri sahəsində ali təhsil alıb.

Cənubi Kaliforniya Universiteti açıq qapı günləri keçirməklə uşaq və yeniyetmələri robotlaşdırma və kompüter elmlərinə cəlb etməyə çalışır. Burada uşaqlar tədqiqat laboratoriyalarına baş çəkə bilirlər.

«Təcrübəmiz göstərir ki, uşaqlar robotları gözləri ilə görəndə, doktorantura tələbələri və professorların öz tədqiqatlarından, bu işin əhəmiyyətindən, robotların cəmiyyətə verdiyi faydadan danışmasını eşidəndə çox həyəcanlanırlar», – robotlaşdırma açıq qapı günlərinin meneceri Katie Mills deyir. O, eyni zamanda, «USC Viterbi» Mühəndislik Məktəbinin K-12 (bağçadan məktəbin son sinfinədək) STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) proqramının rəhbəridir. Proqram qısaca VAST adlanır.

Məqsəd tələbəni kodlaşdırmaya həvəsləndirmək üçün robotlaşdırmanı həyəcanlı və maraqlı etməkdir.

«Kodlaşdırma hər kəsin, xüsusən də bu nəslin ehtiyacı olacaq zəruri ikinci dildir. Bilirsiniz ki, hazırda kompüter elmləri sahəsində ali təhsil alan insanların, xüsusən qadınların sayı 30 il öncəkinə nisbətən daha azdır? Özü də bu sahədə görün nə qədər iş yeri var», - Mills deyir.

Kodlaşdırmanın kreativ tərəflərinin və kompüter elmlərinin real həyata tətbiqi imkanlarının görülməməsi bəzi qadınların bu sahədə təhsil almaqdan boyun qaçırmasının əsl səbəbi ola bilər.

Kreativliyin köməyi

İncəsənət sahəsində təhsil alan və daha öncə heç vaxt kompüter elmləri haqda düşünməyən Caitlyn Clabaugh da belə qadınlardandır. Ancaq sonradan o, kreativliyin tətbiqiylə insanlara kömək etməyin mümkün olduğunu görüb.

«İnsanların real istifadəsinə veriləcək aydın üsul olanda bu mənim üçün aradakı boşluğu doldurur. İncəsənətlə maraqlanırdım... Sonradan kompüter elmlərində də yarada biləcəyimi kəşf etdim», – hazırda kompüter elmləri sahəsində doktorluğa namizəd olan Clabaugh deyir.

O, tədqiqat işi çərçivəsində sosial kompanyon robotların autizmli uşaqlara kömək etməsi yollarını araşdırır.

«Xüsusi ehtiyaclara fokuslanmaq mənim üçün çox vacibdir. Özüm həyatım boyu disleksiya ilə mübarizə aparmışam», – Clabaugh deyir.

Bəzi alimlər deyirlər ki, qızları kompüter elmlərinə cəlb etməyin daha bir yolu kodlaşdırma və kompüter elmlərinin tənhalıqla bağlı olması haqda mifləri dağıtmaqdır.

Məsələn, Tat robotlaşdırma komandasında olmağı məhz birlikdə LEGO bloklarından robotlar hazırladıqlarına görə sevir.

«Şəxsən mən LEGO-nu sevirəm. Burada sən təkcə LEGO qurmursan, həm də səni daha ağıllı edəcək başqa işlər görə bilirsən. Bir də ayılırsan ki, çoxlu dostların var», – Tat deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG