Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:46

Robot-heyvanlar dementiyalı insanlara kömək edə bilər


Jennie
Jennie

Canlıya bənzər robotların sakitləşdirici təsiri ola bilər. Üstəlik, onları yemləmək və gəzdirmək də lazım deyil.

Jennie-nin qonur gözləri, yumşaq qızılı tükləri və dayanmadan tərpənən quyruğu var. Qulaqlarının arxasını qaşıyanda o, bir az da qabağa əyilir. O, hətta hürə də bilir.

Ancaq Jennie it deyil. O, Kaliforniyada fəaliyyət göstərən «Tombot» şirkətinin hazırladığı eyniadlı robot-küçüyün prototipidir. Onun yaradılmasında məqsəd dementiyalı insanların qayğısına qalmaqdır. «Tombot» yaşlıların ehtiyaclarını ödəyəsi yeni nəsil sosial robotlar üzərində çalışan bir neçə şirkətdən biridir.

Tənhalıq yoldaşı

Ortayaşlı və ahıl insanlar üçün tənhalıq böyük problemdir. 2018-ci ildə keçirilmiş sorğunun nəticələrinə görə, yaşı 45-dən yuxarı insanların 1/3-ə qədəri özünü tənha hiss edir. Yaşı 60-dan yuxarı insanların 20%-ə qədəri isə nevroloji və mental pozğunluqlardan, o cümlədən dementiyadan əziyyət çəkir. Dementiya qavrama problemlərindən başqa depressiya və qorxuya da yol aça bilər.

Araşdırmaların nəticələrinə görə, heyvanların iştirakı ilə aparılan terapiyanın yaşlıların, o cümlədən dementiyalı insanların əhval və həyat keyfiyyətinin yüksəldilməsinə təsiri var. Robot-heyvanların canlı heyvanlar qədər effektiv olub-olmaması, hələlik, bəlli deyil. Ancaq bu robotlarla vaxt keçirməyin depressiya və narahatlıq səviyyəsini azaltdığını təsdiqləyən araşdırmalar var.

Bu robotları nə gəzdirmək, nə yedirmək, nə də baytara aparmaq lazımdır. Buna görə də Tombot kimi robotlar heyvanların qayğısına qalmağa qadir olmayan insanlar üçün uyğun seçim kimi nəzərdən keçirilir.

Yoldaş-robotlar artıq illərdir ki, satışdadır. Maralgözlü suiti balası PARO 2000-ci illərin əvvəllərindən ahılların yaşadığı qayğı müəssisələrində məskən salıb. O öz mırıltısı və pərlərini yelləməsi ilə ahılları sakitləşdirir. 2018-ci ildə bazara «Sony»nin sevimli Aibo it robotunun yenilənmiş versiyası çıxıb. İnternetə qoşulu Aibo-nun üztanıma funksiyası da var.

Bu robotlar çox gözəldir. Ancaq çox bahadır. Aibo-nun satış qiyməti 2900 dollar, PARO-nunku isə bir neçə min dollar daha artıqdır. Milyonlarla yaşlının federal yoxsulluq səviyyəsi civarında yaşadığı ABŞ-da bu yoldaş- robotlar ahıllar üçün əlçatmazdır.

Tombot küçüyü necə yarandı

«Tombot»un yaradıcısı və CEO-su Tom Stevens öz anasına robot yoldaş axtaran zaman bunun şahidi olub. Onun anası Alsgeymer diaqnozu qoyulandan sonra öz sevimli iti ilə vidalaşmalı olub.

«Onlar ya həddindən artıq bəsit, ya da dəhşətli dərəcədə baha idilər. Ortada olan, həm qabaqcıl, həm də əlçatan bir şey yox idi», – o deyir.

«Tombot» və yoldaş- robotların istehsalı ilə məşğul olan «Ageless Innovation» adlı digər şirkət bu boşluğu doldurmaq üçün çox da bahalı olmayan canlıyabənzər robotlar hazırlamağa çalışırlar.

«Tombot»un küçüyü bazara 500 dollara çıxarılacaq. «Ageless Innovation»ın Joy for All adlı pişik və itləri daha az realistik olsa da, sadəcə 100 dollara satılacaq.

Bəs görəsən, sahiblərinin bəyənəcəyi ucuz robot heyvanlar yaratmaq həqiqətən mümkündürmü? Əsl heyvan şəklində düzəldilmiş robotlar bəzən sevimli yox, qorxulu alınır. Robot mütəxəssisləri bu fenomenə «müdhiş vadi» deyirlər.

T.Stevens-in sözlərinə görə, məhdud realistik davranışa fokuslanmaq lazımdır. Tombot-un küçüyə bənzər baş hərəkətləri, üz ifadələri və daim tərpənən quyruğu kimi. O, ləhləməsə də, olar.

Mütəxəssislər deyirlər ki, robot- yoldaşlardan yaxınların qayğısını əvəzləmək kimi deyil, bu qayğıya əlavə kimi istifadə olunmalıdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG