Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:39

Dördayaqlı robot liftə özü minir [Video]


Müstəqil qərar verə bilən robot
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

Müstəqil qərar verə bilən robot

İsveçrədə ANYbotics şirkətinin düzəltdiyi dördayaqlı robot kənardan kimsə onu idarə etmədən atacağı addımlar haqda özü qərar verir.

O, ətrafını analiz edib buna uyğun hərəkət edir. O, ətraf aləm haqda siqnal alan system və termal kameralarla təchiz olunub.

'ANYmal' adlanan bu robotun çəkisi 30 kiloqramdan azdır. 10 kiloyacan yük daşıya bilir. Batareyası ona 2 saatacan hərəkət etməyə imkan verir.

O qaça, pilləkanları qalxa, qəfil qarşısına çıxan maneələri aşmağı bacarır. Hətta liftdən də istifafə edə bilir.

Mütəxəssislər ümid edirlər ki, ondan təhlükəli sənaye obyektlərində sızmalar haqda məlumat toplamaq üçün istifadə edilə bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG