Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Kreml: Rusiya vətəndaşının Donbasda baş nazir olmasının Moskvaya dəxli yoxdur


Vladimir Pashkov
Vladimir Pashkov

Kreml bildirib ki, Ukraynanın şərqi Donetsk vilayətindəki separatçı bölgədə Rusiya vətəndaşının baş nazir təyin edilməsi ilə Moskvanın heç bir əlaqəsi yoxdur.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitry Peskov fevralın 6-da bu barədə media xəbərlərini şərh edərkən deyib ki, vaxtilə Rusiyanın İrkutsk vilayətinin vise-qubernatoru olmuş Vladimir Pashkov-un “Donetsk Xalq Respublikasında” “baş nazir əvəzi” təyin olunmasında “ziddiyyətli heç nə” yoxdur:

"Bu münaqişənin Rusiyaya heç bir dəxli yoxdur. Bu ora rəsmi qaydada göndərilmiş şəxs deyil. Bu halda belə görünür ki, Rusiya Federasiyasının adi vətəndaşı fərdi şəxs kimi hərəkət edib”.

Ukraynanın şərqində Donbas kimi tanınan Donetsk və Luqansk vilayətlərinin bəzi əraziləri 2014-cü ildən bəri Moskvanın dəstəklədiyi separatçıların nəzarətindədir.

Rusiya bu bölgədə separatçı münaqişəni Moskva 2014-cü ildə Krımı qanunsuz ilhaq etdikdən sonra qızışdırıb.

Bu münaqişədə indiyədək 13 mindən çox insan həlak olub.

Moskva bu münaqişə ilə heç bir əlaqəsinin olmadığında israr etsə də, Ukrayna və Qərb hökumətləri bu iddianı rədd edirlər.

Avropa İttifaqı və ABŞ məhz bu fəaliyyətlərinə görə Rusiyanın üzərinə ağır sanksiyalar qoyub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG