Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 04:51

Hökumət çaşıb. Qadın jurnalisti hərbi komissarlığa çağırıblar


AzadlıqRadiosunun Rus xidməti xəbər verir ki, Moskvada iyulun 27-də keçirilmiş etiraz aksiyasından əvvəl saxlanmış Reuters agentliyinin qadın müxbiri Maria Tsvetkovaya hərbi komissarlığa çağırış gəlib.

Bu barədə jurnalist özünün Facebook səhifəsində xəbər verib

Tsvetkova hərbi mükəlləfiyyətli olub-olmadığı barədə heç nə yazmır, amma onun adına gələn çağırışdakı ad kişi cinsindədir.

Çağırışda yazılıb ki, “Tsvetkova Mariya Vladimiroviç hərbi qeydiyyat sənədlərinin yoxlanması üçün oktyabrın 1-də hərbi komissarlığa gəlməlidir”.

Bu çağırış barədə Tsvetkovaya məlumat verən rəsmi şəxs izah edib ki, iyulun 27-də və avqustun 3-də Moskvada keçirilmiş mitinqlərin dağıdılmasından sonra saxlananların bütün dövlət məlumat bazaları üzrə yoxlanışı keçirilib.

Bu yoxlanışın nəticəsi olaraq mitinq iştirakçılarına çağırışlar göndərilir. Əsas məqsəd bu adamları gələcək mitinqlərdən çəkindirməkdir.

Qadın jurnalist deyib ki, hələlik hərbi komissarlığa gedib-getməyəcəyi barərə qərar qəbul etməyib.

Oktyabrın 1-də Rusiyada Silahlı Qüvvələrə çağırışın ilk günüdür.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG