Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 21:05

Arif Hacılı: 'Ölkəyə demokratiyanı gətirəcəyik'


Arif Hacılı

Müsavat Partiyası yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki abidəsi önündə toplantı keçirib.

Toplantı M.Ə. Rəsulzadənin anadan olmasının 133-cü ildönümünə həsr edilib

Müsavat başqanının müavini Səxavət Soltanlı bu tədbirə toplaşanları ölkənin gələcəyindən ötrü narahat olan insanlar adlandırıb. O deyib ki, indi ölkədə demokratik prinsiplərə əməl olunmur: «100 il öncə, demokratik dövlət qurulan bir məkanda bu gün avtoritarlar at oynadırlar. Biz zamanında «demokratiya çayları»nı daş-kəsəklərdən təmizlədik. İndi birdə təmizləməli olacağıq».

Müsavat Partiyasının başqanı Arif Hacılı isə M.Ə.Rəsulzadəni azadlıq mübarizəsinin simvolu adlandırıb: «2017-ci il Müsavat Partiyasının ilidir. Partiya güclənir, tərəfdarları artır. Biz demokratik mübarizə ilə mövcud rejimi kənarlaşdıracağıq, ölkəyə demokratiyanı üçüncü dəfə gətirəcəyik».

Tədbir Müsavat Partiyasının himninin oxunması ilə başa çatıb.
Hazırda isə M.Ə.Rəsulzadənin abidəsi önündə Milli Şuranın toplantısı keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG