Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:28

Birdən ABŞ-ın antimüsəlman prezidenti olsa…


Britaniya jurnalisti Bethan McKernan “Independent” qəzetində yazır ki, hazırkı respublikaçı namizəd yarışına baxanda bu, narahatedici dərəcədə real görünür

Britaniya jurnalisti Bethan McKernan yazır ki, respublikaçı namizədliyə namizəd Ted Cruz-un antimüsəlman baxışları son vaxtlar bu mövzuda tənqid atəşinə tutulan Donald Trump-ın düşüncələrindən daha qorxuludur.

Məqalədə deyilir ki, senator Ted Cruz və mülkiyyət maqnatı Donald Trump arasında oxşarlıqlar gözlə göründüyündən çoxdur.

Donald Trump
Donald Trump

Jurnalistin fikrincə, Cruz-un fikirləri Trump-ın vergilər, miqrasiya və ən xoşagəlməzi budur ki, İslam barədə mülahizələri ilə həmahəng səslənir.

Məqalədə deyilir ki, görəsən Cruz əslində müsəlmanların bu gün Birləşmiş Ştatlarda hədəflənən yeganə qrup, son illərdə nifrət cinayətlərinin kəskin artımını yaşayan qrup olduğunu bilmirmi?

14 nəfərin həyatına son qoymuş San Bernardino basqınının ardınca prezident Barack Obama demişdi ki, İslamın sülhpərvər və radikal formaları arasında fərq olduğunu daim yadda saxlamaq lazımdır.

ABŞ-ın baş prokuroru Loretta Lynch isə demişdi ki, nifrət qızışdıran çıxışlara və müsəlman vətəndaşlar üzərinə qisas basqınlarına dözülməyəcək.

Cruz Trump kimi “radara düşməyib”

Məqalədə deyilir ki, bunlara baxmayaraq, Cruz ötən həftə etdiyi çıxışda müsəlmanlar arasında fərq qoymağın lazım olduğunu nəinki yaddan çıxarmış, hətta Obama-nın özünü “terror məddahı”, Lynch-i isə “nitq polisi” adlandırmışdı.

Senator Ted Cruz-un "antimüsəlman sentimenti" radara düşməyib
Senator Ted Cruz-un "antimüsəlman sentimenti" radara düşməyib

“14 məsum həyatı məhv etmiş terror basqınından sonra bizə bu ölkəni müdafiə edəcək prezident və baş prokuror lazımdır” – demişdi Cruz.

Jurnalist düşünür ki, Ayovada respublikaçıların namizədliyə həsr edilmiş qapalı yığıncağınadək Trump-ın rəy sorğularındakı liderliyinə son qoyulacaq və bu zaman meydan Cruz-a qalacaq.

Məqalədə deyilir ki, 2016-cı il seçkisində namizəd olmaq və Ağ Evə köçmək üçün Cruz-un şansları arta bilər.

Bununla belə, yazır jurnalist, Cruz-un Yaxın Şərqdən olan miqrasiyaya moratorium qoyulması barədə fikriləri Trump-ın dediklərindən açıq-saçıq olmayıb və o bu mənada “radara düşməyib”.

Prezidentin vise-prezidenti

Məqalədə bu da vurğulanır ki, Cruz hələlik Trump-ın acı dilinə düşməyən yeganə respublikaçı namizəddir və Cruz da uzunmüddətli lideri tənqid etməyəcək dərəcədə ehtiyatlı tərpənib.

Yuxunuzu qarışdırmaq istəmirik, amma, onların ikisindən birinin bileti uduşlu olsa, o birini özünə yoldaş edəcəyi ehtimalı böyükdür

Nüfuzlu “Politico” məcmuəsi yazır ki, Cruz Trump-ın tərəfdarlarını hürkütmək istəmir və rəqibinin büdrəyəcəyi təqdirdə onun elektoratına sahiblənməyi planlaşdırır.

“Yuxunuzu qarışdırmaq istəmirik, amma, onların ikisindən birinin bileti uduşlu olsa, o birini özünə yoldaş edəcəyi ehtimalı böyükdür” – yazır Bethan McKernan.

Daha açıq deyilsə, söhbət bu cütlüyün ABŞ-ın ən yüksək postu uğrunda yarışa prezident və vise-prezident tandemində qatıla biləcəyindən gedir.

XS
SM
MD
LG