Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:08

İ.Qəmbər: 'Siz yüz yalan danışa bilərsiniz, amma…'


Müsavat Partiyası Novxanıda yürüş etdi
Gözlə

No media source currently available

0:00 0:57:07 0:00

Müsavat Partiyası Novxanıda yürüş etdi

Cəlilabad müsavatçılarının saxlandığı deyilir

«Mayın 28-də Bakının Novxanı kəndində saxlanan müsavatçılar Abşeron Rayon Polis İdarəsinə gətirilib və hazırda orada saxlanırlar». Bunu AzadlıqRadiosuna Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Gülağa Aslanlı bildirib.

G.Aslanlı bu gün saat 12-də verdiyi açıqlamada bir nəfər müsavatçının saxlandığını bildirmişdi: «Biz o vaxt bir nəfərin saxlandığını bilirdik. Amma partiyanın tədbiri başa çatdıqdan sonra məlum oldu ki, saxlanan bir nəfər yox, dörd nəfərdir».

Mərkəzi Aparat rəhbərinin sözlərinə görə, saxlananlar hamısı Müsavat Partiyası Cəlilabad rayon təşkilatının üzvləridir: «Səhər müsavatçı Vüqar Rzalıdan başqa, Vüqar Həsənov, Nicat Rüstəmov və İlqar İbrahimov saxlanaraq Abşeron Rayon Polis İdarəsinə gətiriliblər».

Bu açıqlamaya Abşeron Rayon Polis İdarəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb. Amma Azərbaycan rəsmiləri, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə bütün fundamental azadlıqlar qorunur. Onların deməsinə görə, heç kim dinc siyasi fəaliyyətinə görə təzyiq və həbslərlə üzləşmir.

+++

«Azərbaycan xalqı çox dövlətlər qurub». Bunu isə Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib. Onun deməsinə görə, İran ərazisində qurulan dövlətlərin çoxunu Azərbaycan xalqı qurub.

A.Hacılı vurğulayıb ki, belə dövlətlərdən biri də 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətidir. Onun sözlərinə görə, bu bayram təkcə Azərbaycanda yox, bütün dünyada yaşayan azərbaycanlının bayramıdır.

Müsavat Partiyası başqanı qeyd edib ki, 70 illik sovet dönəmi bu tarixi xalqa unutdura bilməyib. O, sonra da indi Cümhuriyyət qurucularına layiq olduqları qiymətin verilmədiyini vurğulayıb.

+++

M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə də tədbirdə çıxış edib. O deyib ki, bura Rəsulzadəni sevənlər, Cümhuriyyəti sevənlər toplaşıb. R.Rəsulzadənin sözlərinə görə, Azərbaycan xalqı olana qədər Cümhuriyyət də olacaq. O, daha sonra Azərbaycan gənclərə xitab edərək, onlara tarixi daha dərindən öyrənməyi tövsiyə edib.

R.Rəsulzadə qeyd edib ki, Azərbaycanın problemləri hələ də çoxdur: «Həmin problemləri həll etməkdən ötrü böyük elmə nail olmaq lazımdır, tarixi bilmək lazımdır».

R.Rəsulzadə, İ.Qəmbər, A.Hacılı
R.Rəsulzadə, İ.Qəmbər, A.Hacılı

+++

«Gün gələcək Xalq Cümhuriyyətinin 1001-ci il dönümünü qeyd edəcəyik». Bunu Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər deyib. Onun sözlərinə görə, Xalq Cümhuriyyətinin önəmi illər keçdikcə, artır.

İ.Qəmbər vurğulayıb ki, Cümhuriyyət Azərbaycanın şərəfli keçmişi, ləyaqətli gələcəyidir. O, daha sonra deyib ki, Cümhuriyyətin önəmini artıran iki qüvvə var: «Biri sizlərsiniz. Bu dəyərləri bilən, dərk edən, bu dəyərlər yolunda hər cür fədakarlığa, itkilərə, qəhrəmanlığa hazır olan sizlərsiniz. İkinci qüvvə də, nə qədər də qəribə olsa, Əliyev rejimidir».

Onun deməsinə görə, Əliyevlər hakimiyyəti 1993-cuildən bugünə qədər bu müqəddəs günlə mübarizə aparır: «Bu müqəddəs dəyərləri hörmətdən salmağa çalışırlar. Bu müqəddəs dəyərləri xalqımızın, xüsusilə gənclərin qəlbindən, şüurundan çıxartmağa çalışırlar. Nə qədər çox səy göstərsələr də, xalqımız bu dəyərlərə daha çox bağlanır, bu dəyərlərin əhəmiyyətini dərk edir...».

Lakin bu yerdə elektrikin sönməsi ilə onun çıxışı yarımçıq qalıb. Bundan sonra aksiya iştirakçıları «İstefa!» şüarı səsləndiriblər.

Bir qədər sonra yenidən elektrikin verilməsi bərpa olunub və İ.Qəmbər çıxışına davam edib. «Tarix haqqında həqiqətlər birdir. Siz yüz yalan danışa bilərsiniz, amma o həqiqəti dəyişmək mümkün deyil», - deyə o vurğulayıb.

Amma Azərbaycan rəsmiləri belə fikirləri qəbul etmirlər. Dünən, mayın 27-də prezident İlham Əliyev Respublika Günü münasibəti ilə İstiqlal abidəsi önündə bunları demişdi: «Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini əziz tutur. Onların xatirəsi bizim qəlbimizdə yaşayır. Bir neçə il bundan əvvəl mənim sərəncamımla Bakı şəhərinin mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılmışdır. Keçən il isə ölkəmizdə «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan edilmişdi».

Müsavat Partiyasının yürüşü. 28 may 2019
Müsavat Partiyasının yürüşü. 28 may 2019

Müsavat Respublika Gününü anır

Bugün, mayın 28-də Müsavat Partiyası 28 May-Respublika Günü münasibətilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin doğulduğu Novxanı kəndindəki abidəsi önündə anım mərasimi keçirir. Mərasimdən öncə partiya fəalları kəndin girişindən heykələ qədər yürüş keçiriblər. Yürüşdən öncə onlarla polis arasında müəyyən gərginlik də yaşanıb. Hətta Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlının bildirməsinə görə, özünü partiyanın Cəlilabad şöbəsindən Vüqar Rza kimi təqdim edən şəxs də saxlanıb. Amma sonradan aksiyaya müdaxilə edilməyib.

Onlar əllərində «İnsanlara hürriyyət, millətlərə istiqlal!» sözləri yazılan şüar tutublar. Yolboyu «Müsavat!» şüarı da səsləndiriblər.

Daha sonra abidənin önündə çıxışlar dinlənib.

Azərbaycan Xalq Cümhuriyyətinin araşdırmaçısı Nəsiman Yaqublu deyib ki, bir millət olmaqla bir dövlət olmağın fərqi var. Onun vurğulamasına görə, dünyada bir çox millətlərin heç dövləti yoxdur.

Daha sonra o, Xalq Cümhuriyyətinin qurucularından bəhs edib. «Biz bu şəxsləri nə qədər çox öyrənsək, o qədər güclü toplum olacağıq», - o söyləyib. O vurğulayıb ki, Cümhuriyyətin qurucuları orta məktəblərdə, ali məktəblərdə daha çox öyrənilməlidir.

N.Yaqublu çıxışının sonunda da deyib ki, M.Ə.Rəsulzadə irsinin 10 cildliyi nəşrə hazırlanır. Onun bildirməsinə görə, artıq ilk cild hazırdır, ikinci cildin isə ilin sonuna kimi hazır olması gözlənir.

İstiqlal abidəsi...

Respublikaçı Alternativ (ReAl) Partiyası isə mayın 28-də cümhuriyyəti anım marafonu elan edib. Fərdi şəkildə partiya üzvləri gün ərzində Bakıda İstiqlal abidəsini ziyarət edirlər. Partiya bu abidənin önündə Respublika Günü münasibətilə anım mərasimi keçirmək istəsə də, şəhər rəhbərliyi ilə razılaşdırılmadığından tədbir təxirə salınıb. ReAl Partiyası funksionerlərinin sözlərinə görə, şəhər rəhbərliyi bunu mayın 29-da Bakıda Avropa Liqasının final qarşılaşmasının keçirilməsi ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə izah edib. Onlar isə bunu bəhanə sayırlar.

Dünən, mayın 27-də isə prezident İlham Əliyev Respublika Günü münasibətilə İstiqlal abidəsini ziyarət edib. O, həmçinin, Xalq Cümhuriyyətinin 101-ci il dönümü ilə bağlı qəbul da keçirib.

«Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur. Bu, onu göstərir ki, xalqımız çox mütərəqqi xalqdır», - o, həmin mərasimdə vurğulayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG