Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 07:12

Respublikaçılar: İddialar doğrudursa, Putin rejiminə qarşı ciddi hərəkət etmək lazımdır


ABŞ hərbçiləri Qəndəhar yaxınlığında (Foto arxivdəndir)
ABŞ hərbçiləri Qəndəhar yaxınlığında (Foto arxivdəndir)

Bir qrup vəzifəli respublikaçı millət vəkili Rusiyanın Əfqanıstandakı ABŞ əsgərlərini öldürmək üçün Talibana mükafat təklif etməsinə dair iddialarla bağlı məlumat aldıqdan sonra, bildiriblər ki, bu iddialar doğrudursa, buna görə Rusiya cəzalandırılmalıdır.

Texas və Vayominq ştatlarından konqresmenlər Mac Thornberry Liz Cheney-nin birgə bəyanatında deyilir:

“Rusiyanın Əfqanıstanda ABŞ-a ziyan vurmaq istədiyi artıq bir müddət idi ki, aydın idi”.

Onlar bildiriblər ki, Rusiya və ya ABŞ qüvvələrini hədəfləyən hər hansı ölkəyə aid bütün informasiyaları izləmək çox mühümdür.

Konqresmenlər Michael McCaul (Texas) və Adam Kinzingerin (İllinoys) birgə bəyanatında, “əgər iddialar doğrudursa”, Trump administrasiyasına Putin rejiminə qarşı təcili və ciddi hərəkət etmək çağırışı edilir.

McCaul və Kinzinger bununla yanaşı qeyd ediblər ki, hər hansı cavab tədbirindən əvvəl araşdırma aparılmalıdır.

Respublikaçılar üçün brifinq

İyunun 29-da Milli Təhlükəsizlik Agentliyinin direktoru John Ratcliffe, Ağ Ev administrasiyasının rəhbəri Mark Meadows və milli təhlükəsizlik müşaviri Robert O'Brien bir qrup respublikaçı millət vəkilinə brifinq veriblər.

Ratcliffe bildirib ki, son günlər mediada kəşfiyyat məlumatları ilə bağlı yayılan xəbərlər araşdırılır.

O təəssüflə əlavə edib ki, gizli məlumatların icazəsiz yayılması tam həqiqətin ortaya çıxarılmasını çətinləşdirir.

Pentaqon da Rusiya ilə bağlı iddiaları qiymətləndirməkdədir. ABŞ Müdafiə Nazirliyi bildirib ki, bugünədək sözü gedən iddiaların dəqiqliyini göstərən sübutlar tapılmayıb.

Trump məlumat almadığını deyir

Nümayəndələr Palatasının hər iki partiyadan olan üzvləri ölkə kəşfiyyatının rəhbərliyi tərəfindən Konqresə tam heyətdə hesabat verilməsini tələb edirdilər.

Onlardan bəziləri Rusiyaya və Putinə qarşı tədbirlər görməyə çağırırdılar.

Demokratlar ehtimal etdiklərini bildiriblər ki, prezident Trump Rusiya ilə münasibətləri yaxşılaşdırmağa can atdığına görə ABŞ qoşunlarına təhlükəni görməzliyə vura bilərdi.

Bir neçə demokrat konqresmenə Rusiyanın Əfqanıstanda iddia olunan fəaliyyətinə dair brifinq iyunun 30-da verilməliydi.

Trump ona bu barədə kəşfiyyat tərəfindən heç bir məlumatın verilmədiyini bildirib.

Media israr edir

Ağ Evin sözçüsü Kayleigh McEnany isə iyunun 29-da israr edirdi ki, bu iddianın etibarlığı barədə kəşfiyyat icmasında “konsensus” olmayıb.

Milli təhlükəsizlik müşaviri Robert O'Brien da onun sözlərinə qüvvət verərək bildirib ki, kəşfiyyatın öz sıralarında qəti əminlik olmadığına görə Trump-a bu barədə məlumat verilməyib.

O əlavə edib ki, Milli Təhlükəsizlik Şurası da daxil administrasiya situasiya bunu tələb etdiyi təqdirdə hazırılığa malik idi.

Bu iddialar barədə ilk olaraq xəbər yayan The New York Times iyunun 30-da yazıb ki, Rusiya hərbi kəşfiyyatının Talibana bağlı yaraqlılara mükafat verməsinə dair yazılı məlumat Trump-a fevral ayında verilib.

The Times bundan əvvəl yazmışdı ki, ABŞ kəşfiyyat zabitləri və Əfqanıstandaklı qüvvələr hələ yanvar ayından həyəcan təbili çaldıqdan sonra ABŞ Milli Təhlükəsizlik Şurası martın sonlarında agentliklərarası müşavirə keçirib.

Rusiya və Taliban ABŞ əsgərlərinin öldürülməsi üçün mükafatlar təyin olunduğuna dair iddiaları təkzib edirlər.

XS
SM
MD
LG