Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

Penitensiar Xidmət Mehman Hüseynovun hospitala köçürülmədiyini deyir


Mehman Sadiqov, 18 oktyabr 2012
Mehman Sadiqov, 18 oktyabr 2012

11 gündür aclıq aksiyası keçirən bloqqer Mehman Hüseynov-un hospitala köçürülməsi barədə sosial şəbəkələrdə yayılan məlumatı rəsmi tərəf təsdiqləmir..

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadliqRadiosuna deyib ki, Mehman Hüseynovun hospitala köçürülməsi xəbəri yalandır və o, hazırda qida qəbul edir.

Vəkil Fuad Ağayev də müstəntiqlə əlaqə saxladığını bildirib:

“Müstəntiq mənə dedi ki, Mehman Hüseynovun hospitala köçürülməsi barədə deyilənlər doğru deyil, o, hələ təcridxanadadır”.

Rəsmi məlumata görə, Mehman Hüseynov dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır. Bu ittihamla üzləşən şəxsi 3 ildən 7 ilə kimi həbs gözləyə bilər.
Vəkilləri Mehman Hüseynovun ittihamı qurama saydığını deyirlər. Ailəsi onun buna etiraz olaraq dekabrın 26-dan aclıq aksiyasına başladığını bildirir. Bloqqerin yaxınları bu üzdən onun səhhətinin ağırlaşdığını bildirmişdilər.

Xatırlatma

M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, polisə böhtan atmaqda təqsirli bilinib. Bloqqer həbsindən öncə saxlanarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.

M.Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Amma hakimiyyət rəsmiləri bildirirlər ki, Azərbaycanda jurnalist və bloqqerlər peşə fəaliyyətləri ilə bağlı həbs edilmirlər.

XS
SM
MD
LG