Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Avqust, Cümə axşamı, Bakı vaxtı 15:23

'Rəqabət Məcəlləsi' nin qəbulu niyə gecikir?


Milli Məclis, 23 may 2014

““Rəqabət Məcəlləsi”nin qəbulu ilə bağlı məsələ bəlkə neçə illərdir ki, parlamentin müzakirəsindədir. Amma, hələ də layihə qəbul edilməyib”.

Bunu deputat Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, bu məcəllənin qəbulu zəruridir. Deputat hesab edir ki, bu, ölkədə süni inhisarı aradan qaldırmaqla normal rəqabət mühiti formalaşdıra bilər:

“Əlbəttə, təbii inhisar istisna olmaqla, süni inhisarın aradan qaldırılması ilə normal rəqabətin yolu açıla bilər”, deputat bildirib.

Deputatın gəldiyi nəticəyə görə, məcəllənin qəbul edilməməsinə mane olan maraqlar var :

“Həmin maraqlar olmasa idi, məcəllənin qəbulu çətin olmazdı. İndiki halda isə buna maraqlı olmayanlar var. Amma istənilən halda məcəllənin qəbulu ölkənin iqtisadi həyatına müsbət təsir göstərə bilərdi”.

Xatırlatma

“Rəqabət Məcəlləsi”nin layihəsi 2006-cı ildə Milli Məclisə təqdim edilib. Həmin vaxt layihə iki oxunuşdan keçsə də, sonradan qəbul edilmədən saxlanıb.

Aradan keçən illər ərzində bəzi deputatlar bu məsələni zaman-zaman gündəmə gətirsələr də, onların həmkarlarının əksəriyyəti buna müsbət yanaşmırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG