Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 04:51

Rəqabət Məcəlləsinin yeni layihəsində yeniliklər…


"Bu qanunun qarşısını kəsən qüvvələr vardı..."
Gözlə

No media source currently available

0:00 0:04:19 0:00

"Bu qanunun qarşısını kəsən qüvvələr vardı..."

İqtisadiyyat Nazirliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin hazırladığı Rəqabət Məcəlləsinin yeni layihəsini dövlət qurumlarının müsbət rəyini alaraq Nazirlər Kabinetinə təqdim edib.

Prezident İlham Əliyev Rəqabət Məcəlləsinin ilkin layihəsini Milli Məclisə hələ 2006-cı ildə təqdim etmişdi. Həmin layihə iki oxunuşdan keçsə də, sonucda qəbul edilməyib. 2014-cü ilin yaz sessiyasının qanunvericilik işlərinin planına salınan layihənin yenə "bəxti açılmayıb".

"Beynəlxalq praktikanı araşdıraraq…"

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən "Turan"a bildirilib ki, Azərbaycanda iqtisadi islahatlar gedir və onların əsas daşıyıcı qüvvəsi kimi ölkədə rəqabət mühitin olması çox vacibdir: "Bu məqsədlə Xidmətimizdə yaradılan işçi qrup bütün mütərəqqi beynəlxalq praktikanı araşdıraraq, keçmişdə hazırlanmış Rəqabət Məcəlləsinin layihəsini nəzərə alaraq yeni Məcəllə layihəsini hazırlayıb".

Sahibkar: 'Rasim Məmmədovun qoçuları zavodumu əlimdən aldılar'
Gözlə

No media source currently available

0:00 0:06:07 0:00

"Yeni layihədə…"

Qurumdan qeyd olunub ki, layihədə yeniliklər mövcuddur: "Hazırda ölkə üzrə hər hansı əmtəə bazarında hökmran mövqeyinə sahib bazar subyektləri mövcuddur. Yeni layihədə artıq bazar paylarının coğrafi müəyyənləşdirilməsi təmin ediləcək. Bu da ölkə üzrə yox, regional bir istiqamətdə hökmran mövqeyinə sahib bazar subyektləri üzərində lazımi tənzimləmə və nəzarət funksiyalarının düzgün təşkilinə imkan yaradacaq".

Bildirildiyinə görə, digər vacib yeniliklərdən biri haqsız rəqabət hallarının təsnifləşdirilməsidir: "Burada yeni təsnifat əsasında aqressiv davranış kimi yanaşma, digər bazar subyektinin nüfuzuna mənfi təsir göstərmə, qiymətlərin əsassız olaraq şişirdilməsi kimi məsələlər artıq Rəqabət Məcəlləsində öz əksini tapır".

Xidmətdən vurğulanıb ki, bu qanunvericiliyin düzgün tətbiqi və nəticə verməsi üçün məsuliyyət tədbirləri müəyyənləşməlidir: "Bu çox spesifik sahə olduğuna görə pozuntu üzrə maliyyə sanksiyaları kifayət qədər böyük olacaq".

N.Bəydəmirli
N.Bəydəmirli

"Qanunun icrası təmin olunmalıdır"

İqtisadçı, işadamı Nazim Bəydəmirli isə AzadlıqRadiosuna bildirib ki, Rəqabət Məcəlləsi qəbul olunarsa, Azərbaycanda rəqabət mühitinin təmin olunacağı fikirlərini bölüşmür: "Sivil ölkələrdə gördüyümüz rəqabət mühitinin olması üçün bir çox şərtlər lazımdır. İlk növbədə qanunun icrası təmin olunmalıdır".

Onun sözlərinə görə, Azərbaycanda, demək olar ki, bütün qanunlar yaxşı yazılıb. "Onların icrası isə icra hakimiyyətinin vəzifəsi olsa da, bunu reallıqda görmürük. Rəqabət Məcəlləsində əksini tapacaq məsələlərin əksəriyyəti mövcud qanunvericilikdə var. Məsələn, süni qiymət artımı ilə bağlı maddə Cinayət Məcəlləsində öz əksini tapıb. Burada hətta həbs də nəzərdə tutulub".

"Tam əksini düşünürəm"

Onun fikrincə, Rəqabət Məcəlləsi ətrafında baş verən hadisələr məmur sahibkarlığına haqq qazandırmaq və göz yummaq üçündür: "Belə bir rəy formalaşdırırlar ki, guya Rəqabət Məcəlləsi yoxdur deyə, bizdə vəziyyət pisdir. Mən bunun tam əksini düşünürəm".

N.Bəydəmirli qeyd edib ki, hökumət ölkədə olan bahaçılığa, ciddi inflyasiyaya bəhanə gətirmək üçün süni qiymət artımı ilə bağlı fikir ortaya atır: "Halbuki, bazar iqtisadiyyatında süni qiymət artımı anlayışı yoxdur". Onun fikrincə, bu qiymət artımı, əsasən, hökumətin apardığı tarif siyasətindən qaynaqlanır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG