Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:50

Rəqabətlilik indeksində 37-ci yerdə – 138 ölkə içində


Dünya İqtisadi Forumu
Dünya İqtisadi Forumu

Dünya İqtisadi Forumu (World Economic Forum) ölkələrin qlobal rəqabətlilik indeksini əks etdirən hesabatını açıqlayıb. Hesabatda 138 ölkənin rəqabət qabiliyyəti qiymətləndirilib.

3 PİLLƏ İRƏLİ, AMMA...

Azərbaycan siyahıda 3 pillə irəli keçib – 37-ci yerdədir. Amma ötən il dəyərləndirmə 140 ölkə üzrə aparılmışdı və Azərbaycan 40-cı idi.

İqtisadiyyatın rəqabət qabiliyyətindən ötrü tələb olunan əsas göstəricilərinə görə Azərbaycan 49-cu yerdədir, yəni ötən ilə nisbətən 6 pillə geriləyib (43-cü idi). Çünki institutların vəziyyətinə görə 48, infrastrukturun səviyyəsinə görə 55, makroiqtisadi mühitin inkişafına görə 39, səhiyyə və ibtidai təhsilin səviyyəsinə görə 75-ci yeri tutub.

Bu ilin hesabatında Rusiya 43, Türkiyə 55, Gürcüstan 59, İran 76, Ermənistan 79, Ukrayna 85-ci yeri tutub.

İlk üç yeri, keçən il olduğu kimi, İsveçrə, Sinqapur və Amerika Birləşmiş Ştatları tutur.

10 ƏN GÜCLÜ ÖLKƏ

Niderland, Almaniya, İsveç, Böyük Britaniya, Yaponiya, Honkonq və Finlandiya da dünyanın 10 ən güclü rəqabət qabiliyyəti olan ölkələri sırasına daxildir. Sonuncu—138-ci yer Yəmənindir.

Dünya İqtisadi Forumunun icraçı direktoru Klaus Schwab deyib ki, «Aşkarlığın səviyyəsinin düşməsi iqtisadiyyatların rəqabət qabiliyyətinə ziyan vurur, idarəçiliyi çətinləşdirir».

Forum vurğulayır ki, builki rəqəmlər artım üçün maliyyə yardımının yetmədiyini, yardımla yanaşı, rəqabətliliyin artırılması naminə islahatlara ehtiyacı üzə çıxarıb. Əsas nəticələrdən biri odur ki, biznes təcrübəsinin yenilənməsi və innovasiyalara qoyulan sərmayə effektiv bazar, infrastruktur və təcrübə qədər vacibdir.

Yoxlamadan canı qurtaran sahibkar indi nədən dad deyir

Yoxlamadan canı qurtaran sahibkar indi nədən dad deyir
Gözlə

No media source currently available

0:00 0:02:52 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG